Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA İntizam Komitəsindən "qəbuledilməz" qərar: Merih Demirala 2 oyunluq cəza verilib
UEFA İntizam Komitəsindən "qəbuledilməz" qərar: Merih Demirala 2 oyunluq cəza verilib

UEFA İntizam Komitəsi Türkiyə Milli komandasının futbolçusu Merih Demirala "AVRO-2024"ün son 16-cı turunda keçirilən Avstriya matçında boz qurd davranışına görə 2 oyunluq cəza verib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, UEFA-dan verilən açıqlamada Merih Demiralın idman yarışlarında idmana zidd hərəkətlər etdiyi, futbolun nüfuzuna xələl gətirdiyi və ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi üçün iki oyundan uzaqlaşdırıldığı bildirilib.

Digər tərəfdən, Türkiyə Futbol Federasiyasının qərara etiraz üzərində çalışdığı bildirilir. Qərar dəyişdirilməsə, Merih Demiral Hollandiya ilə 1/4 final matçında və milli irəliləyəcəyi təqdirdə yarımfinal matçında oynaya bilməyəcək.

“Qərar futbolun müstəqilliyinə mane olur”

UEFA İcraiyyə Şurasının üzvü Sərvət Yardımcı verdiyi yazılı açıqlamada: “Bildirmək istərdim ki, UEFA İntizam Komitəsinin milli komandamızın futbolçusu Merih Demirala verdiyi cəzadan təəssüflənirəm və bu, qəbuledilməzdir. Artıq gedən turnirdə matçdan sonra təbii şənlik üçün cəza tələb etmək futbolun müstəqilliyinə müdaxilədir”, - deyə bildirib.

“Futbolçumuz AVRO-2024-də vurduğu qollarla 1/4 finala yüksəldiyimiz və “Matçın oyunçusu” seçildiyimiz bir anın xoşbəxtliyini türk azarkeşləri ilə qeyd edərkən təbii sevinci bölüşdü”, - deyə o qeyd edib.

Sərvət Yardımcı: “Burada rəqibinizə və ya hər hansı cəmiyyətə zərər verə biləcək heç bir element yoxdur. Futbolçu matçdan sonra qatıldığı mətbuat konfransında təbii ki, hisslərini dilə gətirib. Futbolçuların hər hansı bir qruma və ya qrupa qarşı alçaldıcı olması və ya əsas nəzakət qaydalarını pozması halları istisna olmaqla, onların qeyd etmə üsul və davranışlarına görə heç bir cəza nəzərdə tutulmamalıdır. İntizam Komitəsi UEFA rəhbərliyindən asılı olmayan və öz daxili fəaliyyəti ilə qərarlar qəbul edən bir kollegiya olsa da, bu səhvin çox gec olmadan düzəldilməli olduğuna inandığımı vurğulamaq istərdim. Türkiyə olaraq futbolun bütün gözəlliklərini dünyaya nümayiş etdirməyə davam etdiyimiz AVRO-2024-də 1/4 final matçımızdan əvvəl heç nəyin bizi yayındırmasına imkan verməməliyik: Biz "Uşaqlarımız"ın son çıxışına həmişəkindən daha çox diqqət yetirməliyik"”, - deyə bildirib

İngilis futbolçu Jude Bellingham bir oyunluq cəza aldı

UEFA Nəzarət, Etika və İntizam Şurasının (CEDB) verdiyi açıqlamada, qol qeyd etmə zamanı etik davranış qaydalarını pozduğuna görə istintaqa cəlb edilən Bellinqhem ədəb qaydalarını pozduğuna görə 30 min avro cərimə və UEFA-nın bir oyunundan uzaqlaşdırılıb. Söz mövzusu cəzanın 1 il təxirə salındığı ifadə edilib.

İngiltərənin son 16-cı turun əlavə vaxtının sonunda Slovakiyanı 2:1 hesabı ilə məğlub etdiyi matçın 90+5-ci dəqiqəsi. Dəqiqədə bərabərlik qolunu vuran Bellinqhem hədsiz sevinclə rəqibin ehtiyat oyunçular skamyasına keçib.

Gənc futbolçu matçdan sonra sosial şəbəkədə açıqlama verib: “Bu, matça gələn bəzi yaxın dostlarıma qarşı etdiyim zarafat idi. Slovakiya komandasına göstərdikləri oyuna görə hörmət edirəm”, - deyə qeyd edib.

Budan əlavə, İngiltərə Futbol Federasiyası azarkeşlərinin yaratdığı xaosa görə 10 min avro, atəşfəşanlığa görə isə 1 min avro cərimələnib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »