Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-dan gələn "qonaqlar"ını Dərələyəzə aparan Ermənistan, sülh təklifinə yeni təxribatla cavab verir"
"ABŞ-dan gələn "qonaqlar"ını Dərələyəzə aparan Ermənistan, sülh təklifinə yeni təxribatla cavab verir"

Ermənistana səfəri çərçivəsində ABŞ Konqresinin Helsinki Komissiyası, Senatın Xarici Əlaqələr Komitəsi və Silahlı Qüvvələr Komitəsinin nümayəndələrindən ibarət nümayəndə heyəti Dərələyəzdə (Vayots Dzorda) olub, burada Ermənistanın mülki missiyasının nümayəndələri ilə görüşüb. Avropa İttifaqı və Azərbaycanla sərhəddəki vəziyyətlə tanış olub. Bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində deyilir.

Bu səfərin məqsədi nədir? Axı, Dərələyəz də Azərbaycandır!

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Konqresinin Helsinki Komissiyası və Senatın Xarici Əlaqələr Komitəsi və Silahlı Qüvvələr Komitəsinin nümayəndələrindən ibarət nümayəndə heyətinin Ermənistana gəlməsi, xüsusilə Azərbaycanla sərhəddə Dərələyəz mahalına səfər etməsi Azərbaycan və Ermənistan arasında sərhəddə eskolasiya risklərini qiymətləndirməklə yanaşı, Avropa İttifaqının burada yarım hərbi-mülki missiyası ilə tanış olmaqdan ibarətdir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Təbii ki, Ermənistan tərəfi Dərələyəz və Zəngəzurun itirilməsindən qorxur, bu istiqamətdə Qərb ölkələrini məlumatlandırır. Eyni zamanda biz müşahidə edirik ki, Ermənistan tərəfi Dərələyəz və Zəngəzurda da öz hərbi kontingentini artırır. Burada konkret günahkar tərəf Ermənistandır. Ermənistan həmişə Azərbaycanı təxribata çəkməyə çalışıb. Biz Ermənistan tərəfindən bunu dəfələrlə görmüşük və bundan sonra da görəcəyik”-deyən politoloq vurğulayıb ki, Azərbaycan tərəfi də həmişə rəsmi şəkildə bəyan edib ki, biz Ermənistanın ərazi bütövlüyünü tanıyırıq və bu istiqamətdə də razılaşmalar var. Sərhədlərini delimitasiya və demorkasiya prosesi də həyata keçirilib.

Politoloqun fikrincə, Ermənistan tərəfinin ABŞ Konqresinin Helsinki Komissiyası və Senatın Xarici Əlaqələr Komitəsi və Silahlı Qüvvələr Komitəsinin nümayəndələrindən ibarət nümayəndə heyətini Dərələyəzə aparması da növbəti təxribatın tərkib hissəsidir.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan sülhə maraqlıdırsa, belə səfərləri təşkil etməməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »