Yapon milyarder Yusaku Maezava "DearMoon" layihəsi çərçivəsində "SpaceX" gəmisində Ay ətrafında ilk turist uçuşu layihəsindən imtina edib.
Bizimyol.info xəbər verir ki, bu barədə layihənin mətbuat xidməti məlumat yayıb.
"Təəssüflə bildiririk ki, "DearMoon" layihəsinin bir hissəsi olaraq Ay ətrafında ilk şəxsi uçuşun ləğv edildilib. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirik və layihə rəhbərliyi bu hadisəni səbirsizliklə gözləyənlərdən üzr istəyir", - deyə məlumatda qeyd edilib.
Layihənin saytında deyilir ki, Maezava buraxılışın təxirə salınması və “yaxın gələcək üçün aydın qrafikin” olmaması səbəbindən uçuşu ləğv etmək qərarına gəlib.
İlon Maskın şirkəti "SpaceX" 2017-ci ildə Ay ətrafında kommersiya uçuşu həyata keçirməyi planlaşdırdığını illər əvvəl açıqlamışdı. Bir il sonra şirkət ilk sərnişini yapon milyarderi Yusaku Maezavanı seçdi. İlk səyyah gəmidəki bütün oturacaqları almış və birgə missiya üçün bir komandanın işə götürüldüyünü elan etmişdi.
Qadir, Bizimyol.info






