Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Axşam gündüzdən daha qısa "oluruq"... Bədənin bu "sirr"ini öyrəndikdən sonra heyran qalacaqsınız
Axşam gündüzdən daha qısa "oluruq"... Bədənin bu "sirr"ini öyrəndikdən sonra heyran qalacaqsınız

Bədənimiz bizdən gizlətdiyi sürprizlərlə doludur. Farkında olmasaq da, bir çox maraqlı dəyişikliklər bəzən saatlar, bəzən günlər, bəzən aylar ərzində baş verir. Onlardan biri odur ki, gündüzlər axşama nisbətən hündür oluruq. Necə?

Bizimyol.info "webtekno"ya istinadə xəbər veririr ki, insan orqanizminin valehedici olduğunu söyləmək mübaliğə olmaz. Milyonlarla hüceyrə hər gün bir şey üçün çalışır. Bir neçə saat ərzində bədənimizdə bir çox dəyişikliklər baş verir.

Bəli, çəkimiz gün ərzində bir qədər dəyişə bilər, lakin siz nə vaxtsa boyumuzun dəyişə biləcəyini düşünə bilərsinizmi?

Belə bir şeyin necə mümkün olduğunu elmi şəkildə izah edəcəyik.

Niyə səhər yuxudan duranda özümüzü axşama nisbətən daha uzun hiss edirik?

Gün ərzində dik durduğumuz zaman, cazibə onurğamızdakı diskləri sıxaraq, onların düzləşməsinə və çox cüzi bir boy itirməsinə səbəb olur. Hərəkət etdikcə və çəki götürdükcə bu təzyiq tədricən artır.

Yəni ayaqda durmaq, yerimək, oturmaq kimi gündəlik işləri yerinə yetirərkən bədənə təsir edən cazibə qüvvəsi; o, onurğa sütununu sıxır və fəqərələr arasındakı boşluğu düzəldir, suyu onurğa disklərindən itələyir. Beləliklə, uzunluğu 1 sm-ə qədər itirə bilərik.

Yaxşı yatanda nə baş verir?

Cazibə qüvvəsi olmayan vəziyyətdə üfüqi yatdığımız zaman disklər su alır və qığırdaqlar əvvəlki vəziyyətinə qayıdır. Ona görə də yuxudan oyananda, gün sonuna nisbətən bir az daha hündür ola bilərik.

Hətta deyə bilərik ki, bizim minimum boyumuz axşamlar, maksimum boyumuz isə səhərlərdir. Təbii ki, bu uzunluq yarım santimetr ilə 1 santimetr arasında dəyişdiyi üçün görünən bir fərq yoxdur. Bundan əlavə, onurğa disklərində daha çox maye olduğu üçün bu vəziyyət gənclərdə daha çox olur. Yaşlandıqca disklər çox nəmlənmədiyi üçün elastikliyini itirir.

Hətta bunu astronavtlarla əlaqələndirək və daha bir maraqlı məlumat verək

Kosmosdakı astronavtlar sıfır cazibə mühiti səbəbindən Yerdəkindən bir qədər uzun olurlar. Yerə qayıtdıqdan sonra onurğaları əvvəlki vəziyyətinə qayıdır və tədricən normal uzunluğa çatırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »