ABŞ Prezidenti Donald Tramp Ankaradan uçarkən köhnə prezident təyyarəsindən istifadə etməsinin təhlükəsizlik narahatlıqları ilə bağlı olması barədə iddiaları təkzib edib.
Bizimyol.info xəbər verir ki, jurnalistin yeni prezident təyyarəsi ilə Türkiyədən Böyük Britaniyadakı Mildenhol hərbi bazasına uçuşun təhlükəsizliyi ilə bağlı hər hansı şübhəsinin olub-olmaması barədə sual verib.
"Xeyr, xeyr. Niyə belə olsun ki?", - deyə Tramp cavab verib.
Tramp bu açıqlamanı Böyük Britaniyadakı Mildenhol hərbi bazasında qısa dayanacaq zamanı mindiyi yeni prezident təyyarəsinin göyərtəsində verib. O bildirib ki, bazadakı bütün hərbi qulluqçular yeni təyyarəyə baxmaq üçün çölə çıxıblar.
NATO-nun Ankarada keçirilən sammitindən sonra təşkil olunan mətbuat konfransında Tramp Türkiyədən ABŞ-a yeni prezident təyyarəsi ilə qayıtmayacağını, çünki onu Avropada nümayiş etdirmək istədiyini söyləmişdi.
Donald Tramp yeni prezident təyyarəsini iyunun ortalarında təqdim edib. 2025-ci ildə Qətər kral ailəsinin hədiyyə etdiyi bu təyyarə 30 ildən artıq istifadə olunan "Boeing 747-2" modelini əvəz edib.
"The Washington Post" qəzetinin qiymətləndirməsinə görə, təxminən 400 milyon ABŞ dolları dəyərində olan təyyarənin dövlət başçısını daşıyan xüsusi bort üçün tələb olunan standartlara uyğun şəkildə yenidən təchiz edilməsi təxminən 1,5 milyard dollara başa gəlib.
Bizimyol.info






