Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana növbəti hava zərbələri dalğasını başa çatdırdı - Mərkəzi Komandanlıq
ABŞ İrana növbəti hava zərbələri dalğasını başa çatdırdı - Mərkəzi Komandanlıq

ABŞ hərbçiləri İrana qarşı növbəti hava zərbələri seriyasını başa çatdırıb. Hücumlar zamanı 90 hərbi obyekt hədəfə alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

"ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlıq qüvvələri İranın Hörmüz boğazında kommersiya gəmilərinə və mülki dənizçilərə hücum imkanlarını daha da zəiflətmək məqsədilə İrana qarşı əlavə zərbələr endirib. ABŞ qüvvələri təxminən 90 İran hərbi obyektini vurub", - deyə Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirilib.

Komandanlığın məlumatına görə, hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, həmçinin hərbi logistika infrastrukturuna aid obyektlər yer alıb.

Bundan bir gün əvvəl isə ABŞ Silahlı Qüvvələri İran ərazisində yerləşən 80 hədəfə zərbələr endirmişdi.

ABŞ-ın yeni hücumlarından sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Hörmüz boğazı yalnız Tehranın irəli sürdüyü şərtlər yerinə yetirildikdən sonra açıq olacaq və bu məsələ Vaşinqtonun təhdidləri ilə həll edilməyəcək.

Qalibaf vurğulayıb ki, ABŞ-ın hədələri və verdiyi vədləri pozması artıq nəticəsiz qalmır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »