Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rütte Putinə mesaj göndərdi: NATO daxilindəki fikir ayrılıqları demokratiyanın göstəricisidir
Rütte Putinə mesaj göndərdi: NATO daxilindəki fikir ayrılıqları demokratiyanın göstəricisidir

NATO-nun baş katibi Mark Rütte Ankarada keçirilən sammitdən sonra alyansın birlik nümayiş etdirdiyini bildirib və Rusiya Prezidenti Vladimir Putinə mesaj ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, Rütte mətbuata müsahibəsində deyib ki, ABŞ Prezidenti Donald Trampla digər NATO liderləri arasında yaşanan fikir ayrılıqları alyansın zəifliyini deyil, demokratik gücünü nümayiş etdirir və bu, Putin üçün də mesaj olmalıdır.

"Mən Putinə deyərdim: Siz də fikirlərinizi daha açıq şəkildə ifadə etməlisiniz", - deyə Putinə hansı mesajı vermək istədiyi ilə bağlı sualı cavablandıran baş katib bildirib.

Onun sözlərinə görə, Rusiya lideri NATO müttəfiqlərinin zaman-zaman fikir ayrılığı yaşadığını və mübahisə etdiyini görür. Lakin sonda onlar ortaq məqsəd naminə yenidən bir araya gəlirlər.

Rütte bildirib ki, məhz açıq müzakirə aparmaq və yekunda ümumi mövqe nümayiş etdirmək demokratiyaları Rusiya, Çin və İran kimi ölkələrdən fərqləndirən əsas xüsusiyyətdir.

Baş katib, həmçinin Trampa münasibətdə yanaşmasını dəyişmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, yaxşı addımlar atıldıqda bunu açıq şəkildə qiymətləndirir, fikir ayrılığı yarandıqda isə məsələləri alyansın birliyinə xələl gətirmədən müzakirə etməyə üstünlük verir.

"Məni bu vəzifəyə təyin edəndə necə insan olduğumu bilirdilər. Kimsə düzgün addım atırsa, bunu deyəcəyəm. Razı olmadığım məqamlar da olacaq, amma onları, yəqin ki, açıq şəkildə deyil, alyansın birliyini qoruyaraq dilə gətirəcəyəm", – deyə Rütte bildirib.

"Financial Times" yazır ki, Türkiyədə keçirilən NATO sammitinin ən diqqətçəkən məqamlarından biri Donald Trampın Ukraynaya münasibətindəki dəyişiklik olub. Trampın Vladimir Zelenskini açıq tənqid etməkdən geri çəkilməsi və Ukraynaya ABŞ silahlarının istehsalına imkan verilməsi ilə bağlı razılığı Avropa müttəfiqlərində ehtiyatlı nikbinlik yaradıb.

Rəsmilərin sözlərinə görə, Trampın bu mövqeyi Avropa liderlərinə onun sammit zamanı səsləndirdiyi digər sərt bəyanatları ikinci plana keçirməyə imkan verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »