Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əksər amerikalılar hesab edir ki, Bayden və Tramp ölkəyə xeyirdən çox ziyan vurur
Əksər amerikalılar hesab edir ki, Bayden və Tramp ölkəyə xeyirdən çox ziyan vurur

ABŞ-da aparılan sorğuya əsasən, amerikalıların əksəriyyəti hazırkı prezident Co Bayden və keçmiş prezident Donald Trampın hakimiyyətdə olduqları müddətdə mühüm məsələlərdə ölkəyə xeyirdən çox zərər gətirdiyini bildiriblər.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, "Associated Press"in(AP) verdiyi məlumata görə, "NORC" İctimai Əlaqələr Mərkəzinin 4-8 aprel tarixlərində keçirdiyi sorğuda 1204 seçicidən Bayden və Tramp administrasiyasını qiymətləndirmələri istənilib.

İştirakçıların əksəriyyəti Bayden və Trampın prezidentlikləri dövründə mühüm məsələlərdə ölkəyə xeyirdən çox zərər gətirdiyini bildirib. İştirakçılar Bayden administrasiyası dövründə ölkəyə gələn qaçqınların sayının artmasından narahat olduqlarını bildiriblər.

Sorğu iştirakçılarının yarıdan çoxu Baydenin yaşayış xərcləri və immiqrasiya məsələlərində ölkəyə zərər verdiyini bildirib. İştirakçıların yalnız 20 faizi Bayden administrasiyasının yaşayış dəyəri məsələsini dəstəklədiyini, yalnız 16 faizi isə sərhəd təhlükəsizliyi ilə bağlı addımlar atdığını qeyd edib.

Rəyi soruşulanların 46 faizi Trampın immiqrasiya probleminə qarşı tədbir gördüyünü, 40 faizi isə yaşayış xərcləri məsələsində onu dəstəklədiyini bildirib.

İştirakçıların demək olar ki, yarısı Trampın prezidentliyi dövründə məşğulluğun artdığını düşündüyü halda, Bayden administrasiyası üçün bu nisbət 36 faizə enib. Digər tərəfdən, iştirakçıların demək olar ki, yarısı Trampın seçki və seçilmək hüququ, seçki təhlükəsizliyi, xarici əlaqələr və iqlim dəyişikliyi baxımından ölkəyə zərər verdiyi fikrini müdafiə edib.

Respondentlərin 30 faizi bildirib ki, prezidentlərdən heç biri onlara kömək etməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »