Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tasnim: ABŞ-ın Xormozqan vilayətinə zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub
Tasnim: ABŞ-ın Xormozqan vilayətinə zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub

ABŞ Hərbi Hava Qüvvələrinin İranın cənubundakı Xormozqan vilayətində yerləşən obyektlərə endirdiyi zərbələr nəticəsində azı səkkiz dinc sakin həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agetliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ qırıcıları Xormozqan vilayətində bir neçə obyektə silsilə zərbələr endirib. Həmçinin Sistan və Bəlucistan vilayətində yerləşən Çabahar limanındakı müşahidə qülləsinə üç raket atılıb.

ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Bildirilir ki, Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə ABŞ Silahlı Qüvvələri İran ərazisinə bir neçə zərbə dalğası endirib. ABŞ tərəfi bu addımı guya Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi əsaslandırıb.

Həmin gün ABŞ prezidenti Donald Trump İranla atəşkəsin dayandırıldığını açıqlayıb.

Buna cavab olaraq Tehran ABŞ-ın Yaxın Şərqdəki obyektlərinə zərbələr endirməyə başlayıb. Bildirilən hədəflər arasında Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazilərində yerləşən ABŞ obyektləri olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »