ABŞ İranın Lorestan ostanında yerləşən Veysian şəhərinə növbəti dəfə hava zərbəsi endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, hücumun nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti hava əməliyyatının həyata keçirildiyini açıqlamışdı. İran KİV-lərinin yaydığı məlumata əsasən, zərbələr zamanı Bəndər-Abbas şəhəri və Fars körfəzində yerləşən Keşm adası yaxınlığında güclü partlayış səsləri eşidilib.
Məlumatlarda bildirilir ki, hücumlar təkcə Veysianla məhdudlaşmayıb. Əhvaz, Buşehr, Bəndər-Xomeyni, Bəndər-Lenge, Çabahar şəhərləri, eləcə də İranşəhr hava limanı da ABŞ-ın zərbələrinin hədəfi olub.
Hazırda İran rəsmiləri hücumların nəticələrini qiymətləndirir. Hadisə ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir. ABŞ tərəfi isə əməliyyatın məqsədi və nəticələri barədə hələlik geniş məlumat paylaşmayıb.
Bizimyol.info






