Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Rusiya və Ukraynanı danışıqlar masasına qaytaracaq bütün təşəbbüsləri dəstəkləyəcək
Türkiyə Rusiya və Ukraynanı danışıqlar masasına qaytaracaq bütün təşəbbüsləri dəstəkləyəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevə səfərinin yekunları ilə bağlı bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının keçirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, Fidan bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

“Türkiyə olaraq tərəfləri yenidən danışıqlar masasına qaytaracaq və davamlı sülhün bərqərar olmasına töhfə verəcək istənilən təşəbbüsü dəstəkləməyə hazırıq”, – deyə bildirib.

Fidan həmçinin Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa ilə yanaşı, ölkə rəhbərliyinin digər yüksək vəzifəli nümayəndələri ilə də Rusiya-Ukrayna münaqişəsindəki hazırkı vəziyyəti müzakirə etdiyini bildirib.

İkitərəfli münasibətlərdən danışan nazir Ukrayna parlamentinin Türkiyə ilə azad ticarət sazişini təsdiqləməsini “mühüm mərhələ” adlandırıb. Onun sözlərinə görə, bu saziş biznes nümayəndələri üçün yeni imkanlar yaradacaq və iqtisadi tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Fidan iyulun 15-16-da Ukraynada səfərdə olub. Səfərin əsas məqsədlərindən biri Kiyevin münaqişənin nizamlanması perspektivləri ilə bağlı mövqeyini dəqiqləşdirmək olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »