İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan buraxılan və krallıq ərazisini hədəf alan üç ballistik raketi zərərsizləşdirdiyini bəyan edib.
Bizimyol.info xəbər verir ki, Komandanlığın "Petra" agentliyi vasitəsilə yayılan məlumatında bildirilir ki, hava hücumundan müdafiə qüvvələri üç İran ballistik raketini havada məhv edib. Qeyd olunub ki, insident nəticəsində ölən və ya yaralanan olmayıb, həmçinin maddi ziyan qeydə alınmayıb.
Məlumata görə, raket qalıqlarının düşdüyü ərazilərdə İordaniya Kral Mühəndis Korpusunun bölmələri müəyyən edilmiş texniki və təhlükəsizlik prosedurlarına uyğun olaraq əməliyyat aparır.
Bəyanatda vurğulanır ki, İordaniya Silahlı Qüvvələri istənilən təhlükəyə operativ reaksiya vermək, ölkənin hava məkanını qorumaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yüksək döyüş hazırlığı vəziyyətindədir.
Bizimyol.info






