Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qüvvələri Konstantinovka yaxınlığındakı İvanopolye istiqamətində irəliləyib
Rusiya qüvvələri Konstantinovka yaxınlığındakı İvanopolye istiqamətində irəliləyib

Rusiya işğalçı qüvvələri Donetsk vilayətinin İvanopolye kəndi ərazisində irəliləyiş əldə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə monitorinq layihəsi olan "DeepState" Telegram kanalında məlumat yayıb.

“Düşmən İvanopolye yaxınlığında irəliləyib”, - deyə məlumatda bildirilir.

"DeepState"in analitik xəritəsində İvanopolye yaşayış məntəqəsi Rusiya qüvvələrinin daxil olduğu istiqamət kimi göstərilib.

İvanopolye Donetsk vilayətinin Kramatorsk rayonunda yerləşən Konstantinovka şəhər icmasının tərkibinə daxildir.

Ukrayna mətbuatının məlumatına görə, “Soyuq Yar” ləqəbli 93-cü Əlahiddə Mexanikləşdirilmiş Briqadanın komandiri, polkovnik-leytenant Şamil Krutkov bildirib ki, Konstantinovka Pokrovsk şəhərinin taleyini təkrarlaya bilər. Bununla belə, onun sözlərinə görə, hazırda şəhərdə son dərəcə kritik vəziyyət yaranmayıb. Konstantinovkaya yaxın ərazilərdə şəhərə daxil olmağa çalışan çox sayda işğalçı qüvvənin məhv edildiyi bildirilir.

Məlum olduğu kimi, Rusiyanın genişmiqyaslı işğalından əvvəl Konstantinovkada təxminən 67 min nəfər yaşayırdı. 2025-ci ilin yanvarına qədər şəhərdə cəmi 2 minə yaxın sakin qalmışdı. Şəhər Rusiya ordusunun əsas hücum istiqamətlərindən birinə çevrilib və Ukrayna hərbçiləri üçün müdafiəsi vacib olan strateji qovşaq hesab olunur.

"Financial Times"ın məlumatına görə, Konstantinovkanın ələ keçirilməsi Kremlin Donetsk vilayətinə tam nəzarət yaratmaq planında əsas prioritetlərdən biridir. Lakin Rusiya qoşunlarının irəliləyişi böyük itkilərlə müşayiət olunur.

Sovet dövründə məhz Konstantinovkada Kreml qüllələri üçün yaqut ulduzlar və Lenin mavzoleyinin şüşələri hazırlanırdı. Bu gün isə şəhər Ukraynanın “qala kəməri”nin mühüm hissələrindən biri sayılır. Həmin müdafiə xəttinə həmçinin Drujkovka, Kramatorsk, Slavyansk və Liman şəhərləri daxildir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »