Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ŞKTC-də Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü münasibətilə mərasimlər keçirilib
ŞKTC-də Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü münasibətilə mərasimlər keçirilib

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü münasibətilə mərasimlər keçirilib.

Bizimyol.info xəbər verir ki, ŞKTC-nin Administirasiyası məlumat verib.

Girne Boğaziçi Şəhidləri Məqbərəsində təşkil edilən mərasimdə prezident Ersin Tatar, Respublika Məclisinin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Baş nazirin müavini Fikri Ataoğlu, ŞKTC-nin keçmiş prezidenti Mehmet Əli Tələt, Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, Kipr Türk Sülh Qüvvələri (KTBK) komandanı general-mayor Sebahattin Kılınç, Təhlükəsizlik Qüvvələrinin (GKK) komandanı general-mayor Osman Aytaç, ana müxalifət Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman, o cümlədən siyasi partiya, qurum, təşkilat, dərnəklərin nümayəndələri, universitetlər və hərbi rəsmilər iştirak edib.

Boğaziçi Şəhidlər Qəbiristanlığına əklillərin qoyulması ilə başlayan mərasim bir dəqiqəlik sükutla, hörmət və ehtiram atəşi ilə və Dövlət Himninin müşayiəti ilə bayraqların qaldırılması ilə davam edib.

KTBK-dan baş leytenant Muhammet Reha Keleşin günün məna və əhəmiyyətini ifadə edən çıxışından sonra mərasim prezident Ersin Tatar, səfir Metin Feyzioğlu və KTBK komandiri general-mayor Kılınçın Şəhidlik Xüsusi Kitabının imzalanması ilə davam edib. Mərasimdə çıxış edən prezident Tatar şəhidləri rəhmət və etiram yad edərək Çanaqqala zəfərinin türk millətinin qəhrəmanlığı sayəsində şanlı türk tarixində yerini aldığını bildirib.

Tatar Kipr türk xalqının o dövrdə Anadolunun tərəfində olduğunu və Çanaqqala mübarizəsini dəstəklədiyini xatırladıb: “Türkiyə Cümhuriyyəti hər zaman Kipr türk xalqının yanında olub. Bu gün Kiprdə mübarizəmiz davam edir. Kipr türk xalqı güclü dövlətlə müstəqil şəkildə yoluna davam edir. Müstəqillik yolunda həlak olan şəhidlərimizi rəhmətlə yad edirəm”, - deyə o qeyd edib.

Kipr türk xalqının müstəqilliyi və suverenliyinin önəmli olduğunu bildirən Tatar deyib: “Kipr türk xalqının suveren bərabərliyi və beynəlxalq bərabərlik statusu qəbul edilmədikcə bizim danışıqlar masasına oturmamız mümkün deyil. Əgər razılaşma olacaqsa, Şimali Kipr Türk Cümhuriyyəti də bu müqavilənin bir hissəsi olmalıdır”.

Boğaziçi Şəhidlər məzarlığında keçirilən mərasim məzarların üzərinə gül dəstələrinin qoyulması ilə başa çatıb. Famaqusta şəhərində 18 Mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümü münasibətilə mərasim keçiriləcək, axşam saatlarında bəzi şəhərlərdə məşəl yürüşləri keçiriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »