Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Jurnalistlər üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dövlət Gömrük Komitəsi iyunun 19-da media nümayəndələri üçün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil edib.

Bizimyol.info xəbər verir ki, mediaturun məqsədi gömrük sistemində həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin fəaliyyəti barədə jurnalistləri məlumatlandırmaq olub.

Tədbir çərçivəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi prosesləri ilə bağlı ətraflı məlumat verilib. Media nümayəndələri həmçinin bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.

Qeyd olunub ki, sahibkarlara və fiziki şəxslərə xidmətlər operativ qaydada göstərilir, gömrük ödənişləri isə nağdsız formada, banklar və internet üzərindən qəbul edilir.

Mediatur çərçivəsində Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsinə həsr olunmuş seminar da keçirilib. Bildirilib ki, sistem gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyənləşdirilməsinə, məlumatların vahid formada emalına, subyektiv amillərin aradan qaldırılmasına, həmçinin vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »