Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksidə unudulan əşyaların geri qaytarılması prosesi necə baş verir? - Taksi şirkətindən açıqlama
Taksidə unudulan əşyaların geri qaytarılması prosesi necə baş verir? - Taksi şirkətindən açıqlama

“Bolt” kimi nəqliyyat xidmətlərindən istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar tez və rahat gediş üçün taksi sifariş edirlər. Tələskənlik və diqqətsizlik səbəbindən sərnişinlər bəzən şəxsi əşyalarını avtomobildə unudurlar. Belə hallarda insanlar necə davranmalı olduqlarını və ilk olaraq hara müraciət etməli olduqlarını bilməyə bilərlər.

  • “Bolt” sürücüsünün avtomobilində unudulan əşyanı sərnişin tapmaq üçün ilk olaraq necə addım atmalıdır?

Suala cavab tapmaq üçün "Bolt" şirkətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib ki, tətbiqlərdə təqdim olunan funksiyalar və kateqoriyalar bəzən istifadəçilər üçün aydın olmaya bilir: “Böyük şəhərlərdə rəqəmsal nəqliyyat və çatdırılma xidmətləri gündəlik həyatın vacib hissəsinə çevrilib. İnsanlar həm hərəkət etmək, həm də müxtəlif göndərişləri çatdırmaq üçün mobil tətbiqlərdən geniş istifadə edirlər. Lakin tətbiqlərdə təqdim olunan funksiyalar və kateqoriyalar bəzən istifadəçilər üçün tam aydın olmaya bilir. Nəticədə xidmətlərin işləmə prinsipi ilə bağlı anlaşılmazlıqlar yaranır. Bu baxımdan, Bolt tətbiqində tez-tez istifadə olunan “Prioritet” və “Çatdırılma” xidmətlərinin əsas xüsusiyyətlərini bilmək faydalıdır.

Şirkət vurğulayıb: “Prioritet” sifarişi ilə bağlı bilinməli əsas məqamlar budur ki, “Prioritet” kateqoriyası sifarişin sürücülər tərəfindən daha operativ qəbul edilməsinə kömək edir. Bununla belə, bu xidmətin qiyməti standart səfərlərlə müqayisədə daha yüksək ola bilər. Pik saatlarda və yüksək tələbat zamanı bu seçim gözləmə müddətinin azalmasına yardım edə bilər. Xidmət vasitəsilə yanıcı, partlayıcı və digər riskli maddələrin göndərilməsi tövsiyə olunmur”. Sifariş təsdiqlənməzdən əvvəl istifadəçilərə əsas şərtlər təqdim edilir və tam qaydalarla tanış olmaq imkanı verilir.

Çatdırılmanı tərəfdaş sürücülər həyata keçirir. Xidməti icra edən şəxslər platforma üzərindən fəaliyyət göstərən müstəqil tərəfdaşlardır. Buna görə də göndəriş zamanı müəyyən edilmiş qaydalara əməl etmək vacib sayılır”.

Şirkət əlavə edib: “Bundan əlavə, yaxın gələcəkdə “Çatdırılma” xidməti üzrə yeni funksiyaların tətbiqi nəzərdə tutulur. Planlaşdırılan yeniliklər xidmətin təhlükəsizliyini və etibarlılığını artırmağa yönəlib. Məsələn, əlavə təsdiq kodları kimi funksiyaların istifadəsi gözlənilir.

İstifadəçilərə tövsiyə olunur ki, sifariş zamanı hər hansı problem, anlaşılmazlıq və ya qeyri-etik davranışla qarşılaşdıqda bunu tətbiq vasitəsilə dəstək xidmətinə bildirsinlər. Bu müraciətlər araşdırılır və xidmət keyfiyyətinin qorunması məqsədilə nəzərə alınır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »