Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın ritorikası gərginliyi artırır – müharibə riski böyüyür?
Trampın ritorikası gərginliyi artırır – müharibə riski böyüyür?

ABŞ Prezidenti Donald Tramp İranla mümkün anlaşma memorandumunun imzalanmasını Tehranın faktiki olaraq geri çəkilməsi və güzəştə getməsi kimi qiymətləndirib. O, ABŞ-ın İrana qarşı ciddi təzyiq mexanizmləri tətbiq etdiyini və bunun nəticəsində üstün mövqe əldə etdiyini iddia edib. Tramp həmçinin bildirib ki, Vaşinqtonun hərbi və siyasi imkanları baxımından hər hansı məhdudiyyəti yoxdur.

  • Trampın bu açıqlamaları ABŞ–İran münasibətlərinin gələcək inkişafına necə təsir göstərə bilər?

Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında ABŞ–İran münasibətlərində gərginliyin əsas səbəblərindən birinin qarşılıqlı təhdid ritorikası olduğunu bildirib. Onun sözlərinə görə, tərəflərin anlaşma şərtlərinin pozulacağı təqdirdə daha sərt addımlar atılacağı ilə bağlı mesajlar gərginliyin uzanmasına ciddi təsir göstərir.

O qeyd edib ki, bu cür açıqlamalar zaman-zaman xüsusilə ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilir və bu mesajların böyük hissəsi daha çox ictimai auditoriyaya yönəlik olur. Politoloq əlavə edib ki, ABŞ-da qarşıdakı seçki dövrü xüsusilə noyabrda keçiriləcək aralıq seçkilər bu ritorikanın daha da kəskinləşməsinə təsir edir.

Onun fikrincə, Trampın respublikaçıların qələbə qazanmasını arzulaması da bu siyasi mesajların fonunda xüsusi rol oynayır, lakin nəticələrin necə olacağını indidən demək çətindir.

Xəyal Bəşirov ABŞ–İran münasibətlərinə toxunaraq bildirib ki, ötən ilin iyun ayında başlayan, 12 gün davam edən və daha sonra bir neçə aylıq fasilədən sonra 28 fevral 2026-cı ildə yenidən başlayan

ABŞ–İsrail–İran müharibəsi fonunda ən çox itirən tərəflərdən biri ABŞ olub.

Onun fikrincə, bu prosesdə İsrail və İran müəyyən mənada qazanan tərəflər kimi görünür.

Politoloq hesab edir ki, ABŞ regionda və beynəlxalq arenada nüfuzuna ciddi zərbə alıb. Onun sözlərinə görə, xüsusilə Körfəz bölgəsində yaranan vəziyyət o, cümlədən Hörmüz boğazı ilə bağlı problemlər ABŞ-ın əvvəlki təsir imkanlarını zəiflədib.

Donald Trampın müharibədən əvvəl açıq olan Hörmüz boğazının yenidən açılmasını uğur kimi təqdim etməsi də bu kontekstdə qeyd olunur.

Xəyal Bəşirov vurğulayıb ki, ABŞ-ın həm qlobal güc imici, həm də Körfəz ölkələri ilə münasibətləri bu proseslərdən ciddi zərər görüb.

“Super güc kimi ABŞ-ın istənilən regionda sürətli və effektiv əməliyyatlar həyata keçirmək qabiliyyəti sual altına düşüb və bu, müxtəlif tarixi nümunələrdə də özünü göstərib — Vyetnam, Əfqanıstan və İraq kimi.

ABŞ-ın əsas üstünlüklərindən biri qısa müddətli əməliyyatlarla nəticə əldə etmək qabiliyyəti olsa da, uzunmüddətli müharibələr bu ölkə üçün ciddi çətinliklər yaradır. Çünki minlərlə kilometr uzaqda aparılan əməliyyatlar davamlı uğur əldə etməyə imkan vermir”-deyən politoloqun fikrincə, Körfəz ölkələri ilə bağlı petrodollar siyasəti çərçivəsində ABŞ-ın verdiyi təhlükəsizlik təminatları da bu proseslərdən sonra zəifləyib.

Politoloq hesab edir ki, Hörmüz boğazının bağlı qalması nəticəsində neft tankerlərinin hərəkətinin məhdudlaşması Körfəz ölkələri ilə münasibətlərə mənfi təsir göstərib və bir çox ölkələr əvvəlki əməkdaşlıq formatından uzaqlaşıb.

“ABŞ yalnız Körfəz ölkələri ilə deyil, eyni zamanda Yaponiya, Cənubi Koreya, Tayvan və Avropadakı müttəfiqləri ilə də enerji təminatı baxımından çətinliklər yaşayıb. Hörmüz boğazı vasitəsilə neft, qaz və digər məhsulların daşınmasının dayanması bu ölkələrin enerji təhlükəsizliyinə ciddi təsir edib.B

u vəziyyət ABŞ-ın həm nüfuzuna, həm də iqtisadi maraqlarına zərbə vurub. Çünki ABŞ təkcə Körfəz ölkələrindən deyil, ümumilikdə qlobal enerji axınından və ticarət proseslərindən faydalanan bir ölkə kimi bu gərginliklərdən birbaşa təsirlənib və bu, dünya iqtisadiyyatında da mənfi nəticələrə səbəb olub”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »