Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyə İraqın şimalını təmizləyənə qədər əməliyyatları davam etdirəcək"
Ərdoğan: "Türkiyə İraqın şimalını təmizləyənə qədər əməliyyatları davam etdirəcək"

İmperialistlərin İraq və Suriyada “Terroristan” yaratmaq planları var olduqca heç kimsə özünü təhlükəsiz hiss edə bilməz.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Türkiyə terror mənbəyi olan İraqın şimalını təmizləyənə qədər qədər bu bölgədəki əməliyyatları davam edəcək:

“Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz vətənimizin təhlükəsizliyi, vətəndaşlarımızın əmin-amanlığı üçün həyati əhəmiyyət kəsb edir, burada geri dönüş yoxdur. Kimin nə deməsindən, hansı hədə-qorxu gəlməsindən asılı olmayaraq qarşıdakı aylarda mütləq bu istiqamətdə yeni addımlar atacağıq”.

Son xəbərlər
Bütün xəbərlər »