“Bu gün ölkəmizin qarşısında duran ciddi problem olarsa, əlbəttə ki, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm. Onu məlumatlandıraram”. Bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarın 10-da verdiyi müsahibədə deyib. Bu, Azərbaycanla Türkiyənin qardaşlığının bir daha bariz nümunəsidir. Prezident bir daha Azərbaycan düşmənlərinə mesaj verib ki, Azərbaycan döyüş meydanında tək deyil, Azərbaycanın yanında həmişə qardaş Türkiyə var…
“Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq tarixin hər dövründə olub. Türkiyə Qurtuluş Savaşı zamanı Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmasına baxmayaraq, bütün türklər Türkiyəyə maddi və mənəvi dəstək oldu. Bu vəziyyət 1991-ci ildə Azərbaycan müstəqil respublika olduqdan sonra daha da möhkəmləndi və inkişaf etdi. Dünyada iki ayrı dövlət olan Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci birlik yoxdur. Ulu Öndər Heydər Əliyevin “iki dövlət-bir millət” kəlamı Türkiyə-Azərbaycan münasibətlərini ümumiləşdirir. Məsələn, dövlətlər arasında münasibətlər “maraqlar əlaqəsi” üzərində qurulsa da, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “hər iki ölkənin qazanması” üzərində qurulub”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. Onun sözlərinə görə, bu səbəbdən də bir bütöv olan iki ölkənin liderlərinin çətin anlarda bir-birlərinə zəng etmələri, hətta çağırılmadan köməyə gəlmələri çox təbiidir.
Kərəm Qarabulud“Bu yaxınlıq elmi araşdırmalarımızda da təsdiqlənir. Məsələn, Türkiyə və Azərbaycan vətəndaşlarına “Türkiyə və Azərbaycan deyəndə ağlınıza gələn ilk beş sözü onlara deyərdiniz” sualına verilən cavablarda bu sözlər ön plana çıxır: “Atatürk, dostluq, qardaşlıq, bir millət-iki dövlət”. Son zamanlar bu vəziyyəti gücləndirən mühüm tənzimləmələrdən biri də “Şuşa bəyannaməsi”dir. Bu bəyannamə ilə hər iki ölkənin ortaya çıxa biləcək hər hansı mənfi sosial-iqtisadi və siyasi-hərbi məsələlərdə birgə hərəkət edəcəyi və bununla da həm regional, həm də dünya sabitliyinə töhfə verəcəyi vurğulanıb”-deyən professor əlavə edib ki, bu vəziyyətlər göstərir ki, iki ölkə ayrılmazdır və bu, əbədi olaraq belə davam edəcək.
İradə Cəlil, Bizimyol.info






