Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısında...
Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısında...

Hər il mütəmadi olaraq "dünyanın ən güclü orduları"nın siyahısını paylaşan "Global Firepower" (GFP) 2024-cü il üçün məlumatlarını dərc edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, paylaşılan son məlumatlar Türkiyə ordusunun ilk onluqda olduğunu ortaya qoyub. Üstəlik, Türkiyə Silahlı Qüvvələri 2024-cü ildə 3 pillə yüksəlib. Türk ordusu keçən il iki pillə qalxıb.

Bəs dünyanın ən güclü orduları hansılardır? İstəyirsinizsə, çox uzatmadan "GFP" məlumatlarına daha yaxından nəzər salaq.

Dünyanın ən güclü orduları - 2024

ÜlkeGüç endeksi değeri2023'e göre değişim
ABD0,0699-
Rusya0,0702-
Çin0,0706-
Hindistan0,1023-
Güney Kore0,1416Yükseldi
Birleşik Krallık0,1433Düştü
Japonya0,1601Yükseldi
Türkiye0,1697Yükseldi
Pakistan0,1711Düştü
İtalya0,1863-

GFP həmin ölkənin "güc indeksi dəyərini" müəyyən edərkən;

  • hərbi qulluqçuların sayı
  • iqtisadi vəziyyət
  • onun coğrafiyası
  • logistika xüsusiyyətləri

kimi 60-dan çox kateqoriyada təhlillər aparır. Qiymət 0-a yaxınlaşdıqca ölkənin ordusunun gücü artır. Bütün bu təhlillərə görə Türkiyə araşdırmaya daxil edilən 145 ölkə arasında dünyanın 8-ci ən güclü ordusuna sahibdir. Türkiyə Silahlı Qüvvələri 2023-cü ildə 11-ci, 2022-ci ildə isə 13-cü yerdə qərarlaşıb.

Qonşularımızın vəziyyəti necədir?

Türkiyə ilə birbaşa sərhədi olan ölkələrə nəzər saldıqda, ölkəmizin bölgənin ən güclü ordusuna sahib olduğunu görürük. Bölgədəki vəziyyət;

İran 14-cü yerdədir

Yunanıstan 32-ci yerdədir

İraq 45-ci yerdədir

Suriya, 60-cı yerdədir

Bolqarıstan 62-ci yerdədir

Gürcüstan 84-cü yerdədir

Ermənistan 102-ci yerdə yerləşir.

"Qardaşımız Azərbaycanın ordusu 59-cu yerdədir", - deyə Türkiyə mətbuatı xüsusi olaraq qeyd edib.

Avropada isə Türkiyə  Böyük Britaniyadan sonra ikinci yerdədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »