Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Türkiyəyə gəlir, gündəm "F-16" və İsveç ola bilər
Blinken Türkiyəyə gəlir, gündəm "F-16" və İsveç ola bilər

ABŞ-ın dövlət katibi Entoni Blinken oktyabrın 7-dən sonra dördüncü Yaxın Şərq turuna çıxır.

Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamada, dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə səfəri zamanı ilk dayanacağın Türkiyə olacağı, daha sonra o, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, İsrail və İordan çayının qərb sahilidə olacaq.

Blinkenin Türkiyə səfərində regional məsələlərlə yanaşı, İsveçin NATO-ya üzvlüyü və "F-16"ların satışının da müzakirə mövzusu olacağı bildirilib. "Fransa-Press Agentliyi" (AFP) xəbər agentliyinin məlumatına görə, Blinken səfər zamanı "F-16" təyyarələrinin verilməsi məsələsini gündəmə gətirəcək.

Blinken bundan əvvəl noyabrın 5-də Ankaraya gəlmiş və həmkarı Hakan Fidanla görüşmüşdü. Bu səfər zamanı Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Digər tərəfdən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "F-16" təyyarələrinin Türkiyəyə satış prosesi ilə bağlı Konqres ilə çalışdıqlarını və qanun layihəsinin Baş Assambleyada təsdiqini səbirsizliklə gözlədiklərini bildirib. "Biz Konqresdə maneələrlə qarşılaşdıq, onları diqqətlə aradan qaldırmağa çalışırıq", - deyə Miller qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »