Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmədən Maska qarşı iddia: "Şirkət rəhbərliyi avtopilotun çatışmazlıqlarını bilib"
Məhkəmədən Maska qarşı iddia: "Şirkət rəhbərliyi avtopilotun çatışmazlıqlarını bilib"

ABŞ-ın Florida ştatında bir hakim "Tesla" şirkətinin baş direktoru Elon Mask və digər şirkət rəhbərlərinin "Tesla" avtomobillərindəki avtopilot problemlərindən xəbərdar olduqlarına, lakin yenə də nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə istifadəsinə icazə verdiyinə dair “məntiqi sübutlar” tapdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata məhkəmədən məlumat verilib.

2019-cu ildə Mayamidə Stiven Banner adlı şəxsin "Tesla Model 3" avtomobilini avtopilotla yüksək sürətlə hərəkət etdirərkən yolda olan yük maşınının altına girib. Banner qəzada dünyasını dəyişib. Bu qəzadan sonra "Tesla"ya qarşı iddia açılsa da, iş keçən oktyabr ayına qədər təxirə salınıb. Oktyabrda bir daha təxirə salınan işin növbəti iclasının vaxtı hələ müəyyən edilməyib.

İşə sədrlik edən hakim Reid Scott "Tesla"nın baş direktoru Elon Musk və digər rəhbər şəxslərin avtopilot problemi haqqında bildiklərini, lakin nəqliyyat vasitələrinin təhlükəli istifadəsinə icazə verdiyini sübut etdiyini açıqlayıb.

Şirkət özünü açıq şəkildə müdafiə etməli ola bilər.

Daha əvvəl Kaliforniyada iki dəfə hakim qarşısına çıxan, lakin məhkəmələrdə qalib gəlməyi bacaran "Tesla" bu dəfə özünü ictimaiyyət qarşısında müdafiə etməli ola bilər. Çünki iş irəlilədikcə dinləmələrin ictimaiyyətə açıq olması mümkündür.

Cənubi Karolina Universitetinin hüquq professoru Bryant Valker Smith, hakimin qərarının vacib olduğunu və "Tesla"nın bildikləri ilə dedikləri arasında "həyəcan verici uyğunsuzluqların" olduğunu ifadə edib. Smit həmçinin bildirib ki, iş ictimaiyyətə açıla bilər və bu halda şirkətin baş direktoru və rəhbərliyi ifadələr və digər sübutlar qarşısında arzuolunmaz vəziyyətə düşə bilər.

Hakim Skott "Tesla"nın "nəqliyyat vasitələrinin avtonom görünməsini təmin edən marketinq strategiyası ilə məşğul olduğunu" bildirsə də, Maskın keçmiş açıqlamalarının məhsulların nə edə biləcəyi ilə bağlı gözləntilərə ciddi təsir etdiyini söyləyib. Skott 2016-cı ildə çox oxşar şəkildə baş verən başqa bir ölümcül qəzanı da sübutlarına daxil etdi. O, eyni ildə "Tesla"nın piyadaların sıx olduğu yerdə tamamilə avtonom şəkildə hərəkət etdiyini bildirən bir reklam videosunu dəlillərə əlavə etsə də, reklamda "texnologiya hələ təklif edilməmişdir"- ifadəsinin olmadığını da qeyd edib.

Floridada işləyən hakim həmçinin qeyd edib ki, müdafiə tərəfi olan şirkət rəhbərliyi və mühəndisləri avtopilotun kəsişən trafiki aşkar edə bilmədiklərindən xəbərdar olduqları qənaətinə gəlmək olar. Onun sözlərinə görə, Bannerin həyat yoldaşının da daxil olduğu ittiham tərəfi "Tesla"nın kitabçalarının və “kliklə qəbul et” müqavilələrinin yersiz olduğunu iddia edə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »