Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Babayan Azərbaycanın hüquq-mühafizə orqanlarına könüllü təslim olacağını bildirib
Babayan Azərbaycanın hüquq-mühafizə orqanlarına könüllü təslim olacağını bildirib

Ermənistanın Qarabağda qurduğu qondarma xunta rejimi "prezidentinin" müşaviri David Babayan könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olacağını yazıb.

Bizimyol.info xəbər verir ki, o bu barədə "Facebook" sosial şəbəkə hesabında yazıb.

"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Stepanakertdən (Xankəndi) Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük acı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar mənin qərarımı düzgün başa düşəcəklər.

Mənim gizlənməyim, daha da pis olar, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vurar və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər, eləcə də xristian olaraq buna yol verə bilmərəm”, - deyə Babayan bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »