Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın gənc qəhrəmanları - Arda və Abdi
Almaniyanın gənc qəhrəmanları - Arda və Abdi

Bu gün Almaniyanın əsas mövzusu, Mönhenqladbax şəhərində 12 yaşlı uşağı qaçırmağa çalışan şəxsə müdaxilə edərək xilas edən Arda və dostu Abdi qəhrəman elan edilməsi olub.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Bild” qəzetinin məlumatına görə, uşaqlıqdan dostluq edən 17 yaşlı Arda və 16 yaşlı Abdi məktəbdən çıxaraq evə gedərkən bir kişinin uşağı əlindən tutub zorla apardığını görüblər.

Üzündən qorxusu hiss olunan uşağı xilas etmək üçün iki dost dərhal hərəkətə keçib. Gənclər araya girərək uşağı kişinin əlindən alıblar. Abdi “mənə kömək edin” deyən oğlanın yanında qalıb. Arda hadisə yerindən uzaqlaşan adamın arxasınca düşərək onun girdiyi evə qədər izləməyə davam edib. Daha sonra polisə gedərək hadisə barədə hüquq-mqhafizə orqanlarına məlumat verib.

Polis tərəfindən yaxalanan və sərxoş olduğu aşkarlanan 61 yaşlı kişi nəzarətə götürülüb.

Lakin daha sonra onun psixiatriya klinikasına göndərildiyi məlum olub.

“Bild” qəzeti: “Arda və Abdi yaşadıqlarına hələ də inana bilmirlər”,- deyərkən, Ardanın anası “Oğlumuzla fəxr edirik” deyib.

Arda və Abdinin Mönhenqladbaxda göstərdikləri cəsarət təqdir edilir. Dostlarla qarşılaşan hər kəs onları həm təbrik edir, həm də təşəkkür edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »