Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əraqçi: Qətər və Pakistanın vasitəçiliyi ilə İran bir sıra məsələlərin həllinə nail olub
Əraqçi: Qətər və Pakistanın vasitəçiliyi ilə İran bir sıra məsələlərin həllinə nail olub

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsveçrənin Bürgenştok şəhərində aparılan müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində Tehran bir sıra mühüm məsələlər üzrə razılıq əldə edib.

Bizimyol.info xəbər verir ki, Abbas Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, əldə olunan razılaşmalar neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumların ləğvini, blokadanın aradan qaldırılmasını, İranın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını, eləcə də ölkənin bərpası və inkişafı üçün genişmiqyaslı proqramın işə salınmasını əhatə edir.

O, həmçinin vurğulayıb ki, Pakistan və Qətərin fasiləsiz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində də ciddi irəliləyiş əldə olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »