İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqların iştirakçıları Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək mexanizmin yaradılması barədə qərar qəbul ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
“Gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edəcək mexanizmin yaradılması barədə qərar qəbul olunub”, - deyə İranın “Tasnim” agentliyinə verdiyi açıqlamada diplomat bildirib.
İsmayıl Bəqai vurğulayıb ki, Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını yekun razılaşmanın hazırlanması üçün əsas şərt hesab edir.
Onun sözlərinə görə, İran nümayəndə heyəti tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə, xüsusilə də İsrail tərəfindən atəşkəsə ciddi şəkildə əməl olunmasının tərəfdarıdır.
Bizimyol.info






