Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalibaf Trampın təhdidlərinə cavab verib
Qalibaf Trampın təhdidlərinə cavab verib

İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf Ağ Ev rəhbəri Donald Trampın təhdidlərinə cavab verib.

"Report" xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Özləri barədə düşünmürlər ki, əgər təhdidlərinin bir nəticəsi olsaydı, bugünkü çarəsiz vəziyyətə düşməzdilər? Biz amerikalıların təhdidlərini heç sayırıq", - Qalibaf bildirib.

"Yaxşı olar ki, öz bəyanatlarına fikir versinlər. Silahlı Qüvvələrimiz onlara fərqli şəkildə cavab verməyə hazırdır", - parlament sədri xəbərdarlıq edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ və İran arasında İsveçrədə danışıqlar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »