Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu İsrailin Livanın cənubunda mövcudluğunu qoruyacağını bildirib
Netanyahu İsrailin Livanın cənubunda mövcudluğunu qoruyacağını bildirib

İsrail Livanın cənubundakı bufer zonada öz hərbi mövcudluğunu saxlamaq niyyətindədir və İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

"Report" xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib.

"Biz İsrailin şimalındakı sakinləri qorumaq üçün Livanın cənubundakı təhlükəsizlik zonasında lazım olduğu qədər qalacağıq. İsrailin Baş naziri olaraq mən bu məsələdə heç nəyin dəyişməyəcəyi qəti mövqe tuturam", - Netanyahu deyib.

O həmçinin vurğulayıb ki, diplomatik cəbhədəki hadisələrdən asılı olmayaraq, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »