"Hər il olduğu kimi bu il də ABŞ-da son dərəcə sıx təmas və görüş trafikimiz olacaq. Çərşənbə axşamı, sentyabrın 19-da, ümumi assambleyanın müzakirələrinin birinci günü Baş Assambleyada çıxış edəcəyəm. Bu münasibətlə beynəlxalq gündəmdəki əsas məsələlərlə bağlı fikirlərimizi bölüşəcəyik. Mövcud qlobal çağırışlar qarşısında Türkiyənin oynadığı kritik rolu vurğulayacağıq".
Bizimyol.info xəbər verir ki, bnu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.
"Baş Assambleya çərçivəsində bir çox ölkələrdən olan həmkarlarımla görüşlər keçirəcəyəm. Səfərimiz zamanı ABŞ-da yaşayan vətəndaşlarımız və qohum icmalarımızla bir araya gələcəyik. Bizim beyin mərkəzlərinin nümayəndələri ilə də məsləhətləşmələrimiz olacaq. Biz ABŞ-ın işgüzar dairələrinin hörmətli üzvləri ilə görüşəcək və Türkiyəyə investisiyaların artırılması ilə bağlı məsələləri müzakirə edəcəyik", - deyə o qetd edib.
Prezident deyib ki, "Dünyanın 5-dən böyük" olması tezisimizin daha çox qəbul edilməsi bizi sevindirir. O bildirib ki, BMT-nin baş katibi bu məsələ ilə bağlı çox aydın mövqe ortaya qoyub.
Ərdoğan deyib ki, ölkəmizdə 14-28 may seçkilərinin demokratik yetkinlikdə keçirilməsinin biznes mühitinə müsbət təsir etdiyini görürük.
Türkiyə Prezidenti Aəzrbaycanın işğaldan azad edilən ərazilərindəki problemləri ilə bağlı da fikir bildirib: "Biz Putin, Əliyev və Paşinyanla görüş tələb etdik. Hadisələri yaxından izləyəcəyik", - deyə qeyd edib.
“Bəli, bizim prioritetlərimiz əvvəllər nəzərdə tutulduğu kimi üçtərəfli formatda danışıqlar aparmaqdır. Amma biz dördtərəfli formatda görüşməyi də təklif etdik. Bu təklif təqdim olunub. Yəni mən, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan. Dedim, gəlin görüşək, atılması lazım olan addımları birlikdə müzakirə edək. Hazırda bu təklifə nə mənfi, nə də müsbət cavab almamışıq”,- deyə Ərdoğan bildirib.
"İsveç konstitusiyada və ya qanunda hansı dəyişikliklər edirsə etsin, əgər onlar terrorçuları nümayişə təşviq edirlərsə, deməli, onlar öz vəzifələrini yerinə yetirmirlər. Sonra bizə verilən vədlər yerinə yetirilmir", - Prezident deyib
"F-16-lar haqqında isə bildirilir ki, əvvəlcə Nümayəndələr Palatasının qərar verməlidir. Olsun. Orada Nümayəndələr Palatası varsa, burada da parlament var. Hansı qərarı qəbul edəcəyi, parlamentimizin ixtiyarındadır. Bundan əlavə, əgəq Avropa ittifaqı ilə bağlı qiymətləndirməmi dəqiq bilmək istəyirsinizsə, Avropa Birliyi Türkiyədən qopmağa çalışır. Avropa Birliyinin Türkiyədən qopmaq üçün addımlar atdığı bu dövrdə biz də bu hərəkətlərə qarşı lazımı qiymət verəcəyik və bu qiymətləndirmələrdən sonra lazım gələrsə, Avropa Birliyi ilə yollarımızı ayıra bilərik", - deyə Türkiyə Prezidenti əlavə edib.
Qadir, Bizimyol.info






