Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus Təhlükəsizlik Şurası: Minsk Ukrayna münaqişəsinə təxribatlarla cəlb edilə bilməz
Belarus Təhlükəsizlik Şurası: Minsk Ukrayna münaqişəsinə təxribatlarla cəlb edilə bilməz

Belarus Ukrayna münaqişəsinə təxribatlar vasitəsilə cəlb edilə bilməz, ölkə sülh, müdriklik və diplomatiya tərəfdarıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.

Volfoviç qeyd edib ki, Bransk vilayətində Belarus avtobusuna hücumla bağlı şahidlərin ifadələrinin toplanmasının nəticələrinə əsasən ölkə başçısına məruzə ediləcək və müvafiq qərar qəbul olunacaq.

“Belarusiyanı münaqişəyə cəlb etmək mümkün olmayacaq. Biz sülhün, sağlam düşüncənin və bütün məsələlərin diplomatik yolla həllinin tərəfdarıyıq”, – deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, hücuma məruz qalan avtobusun hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, söhbət dinc sakinlərin olduğu nəqliyyat vasitəsindən gedir. Onun sözlərinə görə, bu hücumu həyata keçirən tərəf Belarusla Ukrayna arasında gərginlik yaratmağa və vəziyyəti kəskinləşdirməyə çalışıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »