Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN-dən Avropa Parlamentinin hesabatına reaksiya
Türkiyə XİN-dən Avropa Parlamentinin hesabatına reaksiya

Türkiyə Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin 2022-ci il Türkiyə Hesabatı ilə bağlı verdiyi açıqlamada: “Anti-Türkiyə dairələrinin dezinformasiyalarına əsaslanan ədalətsiz ittihamlar və qərəzlərlə dolu bu hesabat, həm ölkəmizlə əlaqələr, həm də AB-nin gələcəyi baxımından AP-nin adi bəsid və siyasi uzaqgörənlikdən kənar yanaşmasının əksidir", - deyə bildirib..

Bizimyol.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin internet saytında paylaşılan bəyanatda aşağıdakılar yer alıb:

"Anti-Türkiyə dairələrinin dezinformasiyalarına əsaslanan ədalətsiz ittihamlar və qərəzlərlə dolu bu hesabat AP-nin həm ölkəmizlə münasibətlərə, həm də Aİ-nin gələcəyinə adi dayaz və uzaqgörənlikdən kənar yanaşmasının əksidir. Təəssüf ki, bu hesabat həm də Avropa Parlamentinin üzvlərinin gündəlik populist siyasətin əsiri olduqlarını və həm Aİ, həm də regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir", - deyə qeyd edilir.

Bəyanatda bildirilir ki, qitəmizin sabitliyi və təhlükəsizliyi üçün Türkiyə-Aİ əlaqələrinin canlandırılması üçün fürsət pəncərəsinin açıldığı belə bir kritik dövrdə Avropa Parlamentinin münasibətlərimizin əsasını təşkil edən üzvlük danışıqları əvəzinə fərqli təqibləri gündəmə gətirməsini əsassız hesab edirik.

"Bundan başqa, AP-nin hesabata daxil etdiyi, Ege, Şərqi Aralıq dənizi, eləcə də Kipr məsələlərində müəyyən dairələrin birtərəfli baxışlarını əks etdirən, tarixi və hüquqi reallıqlardan qopmuş iddiaların bizim üçün heç bir etibarlılığı yoxdur.

Qarşıdakı dövrdə Aİ ilə ortaq məqsədimiz Gömrük İttifaqını yeniləməklə ölkəmizin viza liberallaşdırılması dialoqunu tez bir zamanda başa çatdırmaqdır. Bu mövzularda atacağımız qarşılıqlı addımlar Türkiyə-Avropa İttifaqı münasibətlərini və üzvlük prosesimizi yeni, həmçinin dinamik müstəviyə çıxaracaq.

Ölkəmiz bütün mövcud çağırışlar, xüsusilə təhlükəsizlik, enerji, iqlim dəyişikliyi, miqrasiya, ticarətdən yayınma və iqtisadi çətinliklər qarşısında Aİ-ni qlobal gücə çevirmək potensialına malikdir. Bu həqiqəti müəyyən etmək bəzi dairələrin gündəlik maraqlarına təslim olmayan uzaqgörən bir perspektivlə mümkündür. Ümid edirik ki, 2024-cü il AP seçkilərindən sonra formalaşacaq yeni Parlament qərəzsiz, rasional və konstruktiv perspektivlə hərəkət edəcək", - deyə XİN qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »