Avropa Parlamentinin (AP) 2022-ci il Türkiyə Hesabatı bu gün AP Baş Assambleyasında səsə qoyularaq qəbul edilib.
Bizimyol.info xəbər verir ki bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilir ki, AP Kiprə qarşı qərəzli münasibətini əvvəlki illərdə də davam etdirərək, adanın reallıqlarından uzaq, Kipr türk xalqının varlığını və özünəməxsus hüquqlarını göz ardı edən, Kipr Rum tərəfinin fikirlərini tamamilə əks etdirən hesabatı təsdiqləyib. "Nə qədər ki, AP Kipr məsələsinə və Kiprdəki tərəflərə yanlış, həmçinin qərəzli münasibətini davam etdirməkdə israrlıdır, AP-nin bu cür hesabatları və qərarları bizim üçün etibarsızdır", - deyə bəyanatda diyilir.
Qeyd edilir ki, sınaqdan keçirilmiş və sübut edilmiş uğursuz federasiya modelində israr etmək, tərəflər arasında Krans-Montanadakı son danışıqlar prosesinin iflasa uğramasında tək məsuliyyət daşıyan Kipr Rum rəhbərliyinin yerinə Türkiyəni günahlandıran adadakı reallıqlardan və onun kor-koranə yunanpərəst münasibətindən qaynaqalnan yanaşma tərzi AP-nin əlaqəsini kəsildiyinə işarədir. Üzv ölkələr arasında sözdə həmrəylik iddiası ilə qərəzli mövqe sərgiləyən Avropa Birliyinin (AB) mümkün danışıqlarda “aktiv iştirakını” qəbul etmək mümkün deyil.
"AP 1960-cı il Qurucu Müqavilələr və birliyə üzvlük kriteriyalarını pozaraq üzv qəbul etdiyi Rum tərəfi üçün rahatlıq zonası yaradıb və bu vəziyyət mahiyyət etibarilə adada daimi razılaşmanın əldə olunmasına ən böyük maneədir. Görünən odur ki, AP-nin bu qərarı tərəflər arasında mümkün kompromisləri daha da çətinləşdirəcək.
Pile kəndində yaşayan vətəndaşlarımızın Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) torpaqlarına və Pile ətrafındakı torpaqlara gediş-gəlişini asanlaşdırmaq üçün sırf humanitar məqsədlərlə tikintisinə başlanılan Xovlu - Yiğitler yoluna AP-nin münasibəti qəbuledilməzdir. O, Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələri və BMT Təhlükəsizlik Şurasının bu günə qədər Kipr Rum Administrasiyasının həyata keçirdiyi oxşar layihələrə göz yumduğunu xatırladır və bunun vaxtında tamamlanacağını vurğulayırıq.
Hesabatda Qapalı Maraşla bağlı irəli sürülən əsassız iddialar kontekstində, Qapalı Maraşın Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ərazisi olduğunu və bu bölgə ilə bağlı qərar vermə səlahiyyətinin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Hökumətinə aid olduğunu bir daha vurğulamağı faydalı hesab edirik.
Hesabatında itkin düşmüş şəxslər, təhsil və mədəni irs kimi digər mövzularda Kipr Türk tərəfinin bu bölgələrdəki səy və çağırışlarına məhəl qoymayaraq Rumların sözçüsü kimi çıxış edən AP, Kipr mövzusunda konstruktiv olmaq istəyirsə. O, adanın reallıqlarına məhəl qoymamaq mövqeyindən əl çəkməli və Kipr türklərinin suveren bərabərliyini və bərabər hüquqlarını müdafiə etməli, Kiprdə mövcud olan iki dövlətin beynəlxalq statusunu təsdiq edərək əməkdaşlığa təşviq etməlidir", - deyə - Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nazirliyi bəyan edir.
Bizimyol.info






