Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Sülh Qüvvələrinin əsgərlərinin ŞKTC təhlükəsizlik qüvvələrinə müdaxilə cəhdi
BMT Sülh Qüvvələrinin əsgərlərinin ŞKTC təhlükəsizlik qüvvələrinə müdaxilə cəhdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülh Qüvvələrinin əsgərləri, Lefkoşada Yaşıl Xəttlə həmsərhəd olan Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ərazisində Təhlükəsizlik Qüvvələri Komandanlığı (TQK) əsgərləri ilə müdaxilə etməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, dünən ŞKTR ərazisində Burhan Tan küçəsində baş verən hadisədə türk əsgərləri iş maşınları ilə alaq otlarını təmizləyərkən BMT Sülh Qüvvələrinin əsgərləri Türkiyə tərəfinə keçib.

Bu arada BMT Sülh Qüvvələrinin əsgərlərinin müdaxilə etməyə çalışdıqları TQK əsgərlərindən birini döydüyü öyrənilib.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlu BMT-nin Pile-Yiğitler Yolu məsələsində baş verənləri həzm edə bilmədiyi üçün aqressivləşərək belə bir rəftar nümayiş etdirdiyini qeyd edib.

Ərtoğruloğlu BMT Sülh Qüvvələri əsgərlərinin etdiklərinin qəbuledilməz olduğunu deyib: "Lazım gələndə reaksiyamızı göstərəcəyik. Əmin olun ki, onlar bundan yaxa qurtara bilməyəcəklər", - deyə nazir qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »