Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tahsin Ərtoğruloğlu: “Prezident İlham Əliyevin bəyanatı mübarizəmizi gücləndirəcək”
Tahsin Ərtoğruloğlu: “Prezident İlham Əliyevin bəyanatı mübarizəmizi gücləndirəcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı bizim mübarizəmizi gücləndirəcək”.

Bizimyol.info xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycan "TNS" xəbər agentliyinə müsahibəsində deyib. Məlumatı ŞKTCXarici İşlər Nazirliyi yayıb.

“Xüsusi açıqlama” olaraq verilən xəbərə görə, nazir Ərtoğruloğlu: “Dost və qardaş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev üzv və nazirlərin ikinci iclasının iştirakçıları ilə keçirilən görüşdə Türk Dövlətləri Təşkilatının təbii fəlakətlər, eləcə də fövqəladə halların idarə edilməsi üzrə müşahidəçi dövlətləri, həmçinin Beynəlxalq Bakı-2023 təlimi ilə bağlı “Tədbirimizdə Şimali Kipr Türk Cümhuriyyəti bayrağı dalğalanmalıdır və dalğalanacaq” sözləri bizdə böyük qürur hissi doğurdu”, - deyə qeyd edib.

Xarici işlər naziri Tahsin Ərtoğruloğlu bu bəyanata görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib və sözünə belə davam edib: “Köklü bir türk çinarının budaqları olan ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uzun bir yol qət edəcəyik. Bu bəyanat bizim mübarizəmizə daha da güc qatacaq. Ədalətli mübarizəmizə verdikləri dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk.

Türk Dövlətləri Təşkilatının dəstəyi ilə gücümüzü gücləndirəcəyik. Şimali Kipr Türk Cümhuriyyətinin tanınmasında bizə dəstək olan hər kəsə təşəkkür edirik. Biz bir millət, üç dövlət olaraq böyük uğurlar qazanacağımıza tam inanırıq”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »