Meteorologiyanın xəbərdarlıqlarından sonra dünən İstanbulda güclü yağış fəsadlar törədib. Yağışlar səbəbindən bir çox ev və iş yerləri su altında qalıb.
İstanbulda hər kvadratmetrə 125 kq yağıntı düşüb, 2 nəfər həyatını itirib.
Küçükçekmece Respublika Prokurorluğu, sel fəlakəti ilə əlaqədar 3 prokurorun vəzifələndirildiyini açıqlanıb. Digər tərəfdən, havanın yüngülləşməsi ilə acı mənzərə yaranarkən, fəlakətdən zərər çəkən bir vətəndaş: "Su 2-3 metr hündürlükdə gəldi. Hər şeyi dağıdıb keçdi, biz məhv olduq. İşlər bitdi, hər şey bitdi. Qorxduq, bütün məhəllə bu vəziyyətdədir”, - deyə selin yaratdığı çirkabı göstərib.
İstanbulda minlərlə ev və iş yeri su altında qalıb. Vətəndaşlar təhlükə qarşısında qalıb. 2 nəfər ölüb.
Rəsmi məlumata görə, Qara dəniz sahilindəki rayonlarda gün ərzində davam edən leysan 17.30-da təsirini artıraraq, Sarıyer, Eyüpsultan, Arnavutköy, Bahçeşehir və Çatalcada dağıntılara səbəb olub. Arnavutköydə 128, Beykozda 37, Sarıyerdə 28, Çatalcada 21, Silivridə hər kvadratmetrə 15 kq yağıntı qeydə alınıb.
Küçələr, keçidlər göllərə çevrilib, avtomobilləri sel suları aparıb.
Onlarla ev və iş yerləri su altında qalıb. Yanğınsöndürənlər sıxışan çoxlu vətəndaşı xilas edib. Arnavutköydə küçələr dərəyə çevrilib. Başakşehirdə Sular Vadisində su basan Yıldız Yurtseven və Küçükçekmecedə zirzəmidə yaşayan 1 xarici vətəndaş həyatını itirib. Halkalıda yük maşını qarajını dolduran sel suları səbəbindən çox sayda insan qapalı qalıb. Maşınlar su altında qalıb. Yanğınsöndürmə briqadası vətəndaşları qayıqlarla təxliyə edib.
Güclü yağışlardan sonra gələn görüntülər fəlakətin nə qədər böyük olduğunu ortaya çıxarıb. Vətəndaşlar və qruplar səhər saatlarına qədər evlərini və iş yerlərini basan suyu boşaltmağa çalışıb. Sel avtomobillərə də sürükləyərək zərər verib.
Bizimyol.info






