Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Suriya Ankara-Dəməşq münasibətlərinin normallaşması üçün heç nə etmir"
Ərdoğan: "Suriya Ankara-Dəməşq münasibətlərinin normallaşması üçün heç nə etmir"

Türkiyə təəssüf edir ki, Suriya prezidenti Bəşər Əsəd Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün dördtərəfli mexanizmdə şəxsən iştirak etmir və Suriyada bu istiqamətə doğru müsbət münasibət görmür.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə danışıqlar apardığı Soçidən qayıdarkən təyyarəsində bildirib.

“Bildirim ki, Əsəd təəssüf ki, normallaşma üçün Türkiyə-Rusiya-İran-Suriya formatında atılan addımları uzaqdan müşahidə edir. Yəni o, bu işdə iştirak etmir. Biz Suriyanın iştirak edəcəyinə ümid edərək bu prosesə açıq şəkildə daxil olduq. Ancaq Suriya tərəfdən hələ ki, müsbət münasibət görmürük”, - deyə Ərdoğan mətbuata açıqlamasında bildirib.

O, ümid etdiyini bildirib ki, sonda Suriya rəhbərliyi də danışıqlar masası arxasında əyləşəcək: “Suriya rejiminin yerdəki reallıqlara uyğun hərəkət etməsi və prosesə zərər verə biləcək yanaşmalardan qaçması çox vacibdir. Əsas gözləntilərimiz terrorla mübarizədə konkret addımlar, qaçqınların könüllü və təhlükəsiz qayıtması üçün lazımi şəraitin yaradılması, eləcə də BMT-nin himayəsi altında Suriyada siyasi prosesin intensivləşdirilməsidir”, - deyə prezident qeyd edib.

Eyni zamanda o, Ankaranın milli təhlükəsizliyi ön plana çıxardığını və terrorçuların Suriyadan gələn təhlükələrin qaldığını, Türkiyənin buna yanaşmalarını dəyişməyəcəyini qəti şəkildə qeyd edib. Yəni, respublika Suriyanın şimalında da daxil olmaqla, bu təhlükələrlə mübarizəni davam etdirəcək.

Suriya üzrə dördtərəfli formatda ilk görüş mayın 10-da Moskvada Rusiya Federasiyası, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin iştirakı ilə baş tutub. Xarici işlər nazirlərinin müavinlərinə Dəməşq və Ankara arasında əlaqələrin inkişafı üçün yol xəritəsinin hazırlanması tapşırılması qərara alınıb.

İyunun 20-21-də Suriya üzrə Astana formatında keçirilən görüşdə tərəflər yol xəritəsi layihəsini müzakirə ediblər. Bu barədə Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib. O əlavə edib ki, sənəd əlavə rəsmiləşdirmə tələb edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »