Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqeləri erməni silahlıları tərəfindən yenidən atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Son xəbərlər
Bütün xəbərlər »