Təbiətin qaydası aydındır, güclülər sağ qalır. Bəs milyonlarla il ətrafda heç bir təhlükə olmasa necə?
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, milyonlarla il əvvəl okeanın ortasındakı bir adaya gələn dodo quşu o qədər rahat bir mühitdə təkamül keçirdi ki, özünü qoruyacaq tək bir xüsusiyyəti belə yox idi. Uzun illər dodo quşunun təkbuynuz kimi bir mif olduğu düşünülürdü. Ancaq bu gün əldə etdiyimiz tapıntılara nəzər salsaq, dodo quşu əslində çox güclü və ağıllı bir canlı idi, amma yenə də nəsli kəsilməkdən xilas ola bilmədi.
Göyərçinlər fəsiləsinə aid olan dodo quşu Hind okeanında, Madaqaskardan təxminən 2000 kilometr aralıda yerləşən Maskaren adalarının Mavrikiy adasında yaşayırdı. Vulkanik ada olan Mavrikiy adası orada yaşayan canlılar üçün sözün əsl mənasında cənnət idi. Dodo quşunun Mavrikiy adasına nə vaxt gəldiyi və buna görə də mənşəyi haqqında məlumat çox aydın deyil. Bəzi mənbələr 26 milyon il əvvəl, bəziləri isə, təxminən 8 milyon il əvvəl dodo quşunun əcdadlarının Mavrikiy adasında kəşf edib məskunlaşdıqlarını bildirir.
Uçmağa ehtiyacı olmayan dodo quşu möhkəm qaçırdı...
Mavrikiy adasının inanılmaz ekosistemi var idi. Subtropik meşələrlə örtülü olan bu ada həm təhlükəsiz, həm də qida və su baxımından son dərəcə zəngin idi. Dodo quşları da bu ekosistemə töhfə verdi. Onlar bu gün dodo ağacı adlanan ağacın meyvələrini yeyərək, toxumlarını nəcisləri ilə adanın hər yerinə səpərək, çoxalmasına şərait yaradıblar. Ən yaxın quru min kilometrlərlə uzaqda olsa da, dodo quşu bu gözəl cənnəti tərk edib yenidən oraya uçmaq istəməyib və adaya yerləşib. Güclü qanadlar yerini güclü ayaqlara verib. Bu yolla o, adanın istənilən yerinə gedib istədiyi kimi yemək yeyə bilirdi. Beləliklə, Dodo böyük bir toyuq kimi görünməyə başladı. Dodo quşunun xüsusiyyətləri onların düşündüyümüz qədər böyük olmadığını göstərir.
Dodo quşunun qalıqları bu günə qədər çox gəlib çatmayıb...
Bir neçə ayağı, başı və sümükləri ilə onun hansı fiziologiyaya malik olduğunu dəqiq anlamaq mümkün olmadığı üçün sonrakı illərdə çəkilmiş şəkillərə nəzər saldıq. Bu rəsmlərdə dodo quşu dolğun, zəif məxluq kimi təsvir edilmişdi. 2011-ci ildə Müqəddəs Xaç Kollecinin paleontoloqu Leon Klassens və onun komandasının araşdırması göstərdi ki, bildiyimiz hər şey yanlışdır. Mavrikiy adasına gedən və ən kiçik sümüyü belə 3D formatında skan edərək yeni modellər hazırlayan qrup, dodo quşunun əslində çox güclü bir canlı olduğunu ortaya çıxarıb. Hazırlanan modellərə görə, dodo quşunun həqiqətən də uça bilməyən qanadları var idi, lakin bu qanadlar qaçarkən tarazlığı təmin edəcək qədər əzələli idi. Ayaqları elə inkişaf etmişdi ki, ən sıldırım qayalıqlarda belə məharətlə hərəkət edə bilirdi. Onun güclü dimdiyi o qədər təsirli bir dişləmə verə bilər ki, insanı asanlıqla yaralaya bilərdi. Yəni dodo quşu əslində yaşadığı mühitlə müqayisədə çox güclü bir canlı idi.
Nə qədər güclü olsa da, dodo ovlamaq qəssabdan manqal üçün toyuq almaq qədər asan idi...
Dodo quşu Mavrikiy adasının bu qeyri-adi atmosferi ilk dəfə 1505-ci ildə portuqallar tərəfindən pozulmuşdur. Kəşf olunduqdan sonra dənizçilərin tez-tez limanına çevrilən Mavrikiy adası daha sonra Hollandiyaya gəldi və ada koloniyaya çevrildi. Yoldan ac gələn bu adamları qarşılayan dodo quşu idi. Dodo təxminən bir metr uzunluğunda və 20 kiloqramdan çox çəkisi olan uça bilməyən quş idi. Adada onu ovlamaq istəyən bir dənə də olsun təbii yırtıcı olmadığına görə, o, heç bir müdafiə mexanizmi inkişaf etdirməmişdi. Buna görə də adaya gələn dənizçilərdən qaçmaq əvəzinə, maraqla onların yanına gedirdi. Uzun müddət təzə ət yeməyən dənizçilər boz-qara tükləri olan və kifayət qədər ətli görünən bu heyvanı dərhal ovlayırlar.
Dodo quşunun nəsli niyə kəsildi?
Təbii ki, bütün günahı dənizçilərin üzərinə yıxmaq düzgün olmazdı. Ən sıx toplaşan koloniya qrupunun belə 250 nəfərə yaxın olduğunu nəzərə alsaq, bu insanların hamısı səhər-axşam dodo quşları ovlasalar belə, bütün quşları məhv edə bilməzlər.
Dodo quşunu tamamilə məhv edən nə oldu?
Xüsusilə, ada müstəmləkə olunduqdan sonra məskunlaşanlar özləri ilə donuz, keçi, maral, meymun, siçovul, pişik və it kimi çoxlu sayda heyvan gətirmişlər. Bu heyvanların dodo quşlarının əsl məhvediciləri olduğu təxmin edilir. Bir tərəfdən adaya gələn canlılar sonradan dodo quşlarını özləri ovlayır, digər tərəfdən yumurtalarını və balalarını yeyirmişlər. Rahat mühitdə olduğu üçün ildə bir dəfə yumurta qoyan dodo quşu sürətlə azalıb. Digər tərəfdən, insanlar dodonu qidalandıran ağacları kəsməyə başladıqları üçün demək olar ki, yaşayış yeri qalmamışdı.
Dodo quşu sonuncu dəfə nə vaxt görülüb?
Dodo quşu Mavrikiy adasındakı sonuncu dodo quşunun 1681-ci ildə öldürüldüyü təxmin edilir. Əslində, təkcə dodo quşu deyil, adada məlum olan 45 quş növündən 24-ü tamamilə yox olub. Hətta bu dövrdə tələf olmayanlar da 19-cu əsrdə çay və şəkər plantasiyaları üçün ağacların kəsilməsi ilə məhv edilib. Adaya ilk gəlişin 1500-cü illərdə olduğunu nəzərə alsaq, dodo quşu iki əsr ərzində tamamilə yoxa çıxıb.
Mütəxəssislər adadakı ən yaşlı ağacın 300 yaşında olduğunu və o vaxtdan bəri heç bir yeni ağacın cücərmədiyini müəyyən ediblər. Yəni sadə hesablama ilə dodo ağacının cücərtisi yoxdursa, dodo quşu da yoxdur.
Dodo quşlarını yenidən görməyə başlayacağıq...
“Dodo quşu Colossal Biosciences” adlı gen mühəndisliyi şirkəti son illərdə bu istiqamətdə çox çalışır. Onların yalnız bir məqsədi var, nəsli kəsilmiş növləri canlandırmaq. Onların canlandırmağı planlaşdırdıqları növlərə Tasmaniya pələngi, yunlu mamont və dodo quşu daxildir. Şirkətin planları uğurlu olarsa, tam olaraq özü olmasa da, 2028-ci ildə hibrid dodo quşu növünü görə biləcəyimiz mümkündür.
İlahin, Bizimyol.info






