Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şuşanın süqutu dönüş nöqtəsi oldu” - Paşinyan kapitulyasiyanın səbəblərini açıqlayıb
“Şuşanın süqutu dönüş nöqtəsi oldu” - Paşinyan kapitulyasiyanın səbəblərini açıqlayıb

“Şuşanın süqutu 9 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub”.

Bizimyol.iinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında çıxışı zamanı deyib.

"Niyə mən noyabrın 9-da üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın süqutu dönüş nöqtəsi oldu. Burada təkcə şəhərin simvolik əhəmiyyəti yox, strateji əhəmiyyəti də vacib idi", - deyə Paşinyan bildirib.

Onun fikrincə, “Şuşanın süqutu”ndan sonra Xankəndi hücuma məruz qalacaq, Martuniyə təzyiqlər artacaqdı.

“Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə alına bilərdi”, - deyə Paşinyan əlavə edib. Məlumat üçün bildirək ki, o, bunu hələ 2020-ci ildə elan etmişdi.

Baş nazir qeyd edib ki, noyabrın 9-u müharibəni dayandırmaq üçün beşinci cəhd olub. Bu barədə ilk söhbət oktyabrın 7-də Paşinyan zəng edərək, Rusiya prezidenti Vladimir Putini təbrik edəndə yaranıb.

Paşinyanın sözlərinə görə, bu zaman Putin qeyd edib ki, o, baş nazirin müsahibədəki bəyanatını vacib hesab edir, burada Paşinyan isə kompromislərə hazır olduğunu bəyan edib.Və bu fürsətdən istifadə edərək, o, mümkün qədər tez atəşkəs əldə etmək üçün vasitəçilik səyləri göstərmək istəyib.

Məlumat üçün bildirək ki, Qarabağda 44 günlük müharibə 2020-ci il sentyabrın 27-də başlayıb. Həmin il noyabrın 9-dan 10-na keçən gecə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidentinin üçtərəfli atəşkəs bəyanatı imzalaması ilə hərbi əməliyyatlar başa çatıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »