Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk dünyasının birliyi və sabitliyi naminə Azərbaycanla işləməyə davam edirik"
"Türk dünyasının birliyi və sabitliyi naminə Azərbaycanla işləməyə davam edirik"

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikası (ŞKTC) və Azərbaycan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Rəcəb Tayyib Ərdoğan ŞKTC prezidenti Ersin Tatar və Azərbaycan prezidenti İlham Əliyevlə həm ikitərəfli, həm də nümayəndə heyətləri arasında məhsuldar görüşlər keçirdiklərini dilə gətirib. O, qeyd edib ki, ŞKTC-də Türkiyə ilə ŞKTC arasında güclü əlaqələrin olması, həmçinin ikitərəfli gündəm məsələləri müzakirə edilib, Kipr məsələsi ilə bağlı son vəziyyəti dəyərləndirilib.

“KKTC-nin mərkəz olması üçün atdığımız və atacağımız addımları nəzərdən keçirdik. Türkiyənin hüquq və mənafelərini qorumaq, Şərqi Aralıq dənizində sülh, təhlükəsizlik, sabitlik və rifahı təmin etmək üçün üzərimizə düşən işi etməyə davam edəcəyik. Türkiyə Əsrini qurarkən, Türkiyənin hüquqlarını müdafiə edərək, Kıbrıs Türklərini prioritet tutacağıq”-deyə Ərdoğan bildirib.

Lefkoşadan sonra Bakıya getdiklərini xatırladan Ərdoğan, İlham Əliyevlə görüşündən söz açıb.

"Fevralın 6-da bizim xalqımız kimi azərbaycanlı qardaşlarımız da səfərbər olub, zəlzələ qurbanlarımız üçün hərəkətə keçiblər. Bunun şəxsən şahidi olduq. Seçki prosesində Azərbaycan xalqının mənəvi dəstəyi İstanbulda olduğu kimi Bakıda da eyni ruh yüksəkliyi, eyni həyəcan, eyni xoşbəxtlik var idi. Bizim və millətimiz qədər azərbaycanlı bacı-qardaşlarımız da seçki qələbəmizə sevindi. Mənəvi dəstəyə və dualarına görə onlara təşəkkür edib, gündəliyimizdəki məsələləri ətraflı müzakirə etdik”-deyə prezident əlavə edib.

Ərdoğan Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi qiymətləndirdiklərini, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişinin Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün əhəmiyyətli faydalar verəcəyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycanla strateji əməkdaşlıqdan da söz açıb.

"Biz Azərbaycanla Strateji Əməkdaşlıq Şurası və Birgə İqtisadi Komissiya kimi fəaliyyət mexanizmləri vasitəsilə ikitərəfli münasibətlərimizdə əldə edilmiş sürəti saxlamaq istəyirik. Biz regional əməkdaşlıq və məsləhətləşmə mexanizmlərimizi, xüsusilə Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcəyik. Türk dünyasının birliyi və sabitliyi naminə Azərbaycanla işləməyə davam edirik. İnanıram ki, bu tarixi səfər bizim mövcud həmrəyliyimizi gücləndirir”- deyə prezident əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »