Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var
Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Hücum nəticəsində iki nəfərin yaralandığı bildirilib.

“Qara dənizdə hücuma məruz qalan Türkiyəyə məxsus gəmidə iki vətəndaşımız yaralanıb. Vəziyyət yaxından izlənilir”, - nazirliyin açıqlamasında deyilir.

Hadisə ilə bağlı bəyanat yayan Türkiyə XİN, Rusiya–Ukrayna müharibəsində gərginliyin artmasının Qara dənizdə regional təhlükəsizliyi zədələdiyini və ölkənin maraqları üçün təhdid yaratdığını vurğulayıb.

Nazirlik bölgədə mülki gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinin Ankara üçün əsas prioritetlərdən biri olduğunu bildirərək, bütün tərəfləri gərginliyi azaltmağa yönəlmiş addımlar atmağa çağırıb.

Son xəbərlər
Bütün xəbərlər »