ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İran nüvə proqramının hərbi məqsədlər daşımadığına təminat vermək üçün genişmiqyaslı yoxlamaların keçirilməsinə razılıq verəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Hər kəsə məlumdur ki, İran uzunmüddətli perspektivdə nüvə proqramının dinc xarakter daşıdığına təminat vermək üçün genişmiqyaslı silah yoxlamalarına razılaşacaq", - Tramp qeyd edib.






