Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiya: Aİ Rusiya ilə danışıqlara dair müzakirələrdə “xeyli irəliləyib”
Finlandiya: Aİ Rusiya ilə danışıqlara dair müzakirələrdə “xeyli irəliləyib”

Finlandiyanın Xarici İşlər naziri Elina Valtonen bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiya ilə münasibətlərin və əlaqələrin bərpası məsələsi ətrafında aktiv müzakirələr aparır və bu istiqamətdə “xeyli iş görülüb”.

Bizimyol.info xəbər verir ki, nazir bu fikirləri "Yle" televiziya və radio şirkətinə verdiyi müsahibədə səsləndirib.

“Əvvəlcə məqsədlərimizi, eləcə də necə hərəkət etmək istədiyimizi razılaşdırmaq vacibdir. Biz bu məsələdə artıq xeyli irəliləmişik”, – deyə Elina Valtonen vurğulayıb.

Telekanalın məlumatına görə, Rusiya ilə dialoq məsələsi iyul ayında Türkiyədə keçiriləcək NATO sammitində də müzakirə oluna bilər.

Rusiya Prezidenti Vladimir Putin və onun sözçüsü Dmitri Peskov daha əvvəl dəfələrlə bildiriblər ki, Moskva Avropa ilə danışıqlara hazırdır. Peskovun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı “güc mövqeyindən” danışmağa çalışmaqla yanlış yanaşma sərgiləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »