ABŞ Müdafiə Nazirliyi Konqresə İranla müharibənin xərclərini qarşılamaq və silah ehtiyatlarını bərpa etmək üçün təxminən 80 milyard dollar vəsait ayrılması ilə bağlı müraciət edib.
Bizimyol.info xəbər verir ki, məlumata görə, bu tələb ABŞ-ın müdafiə büdcəsinin ümumilikdə 1,5 trilyon dollara qədər artırılması planının bir hissəsidir. Ağ Ev hələlik Konqresə rəsmi büdcə sorğusu təqdim etməyib, lakin Pentaqon rəsmiləri məsələ ilə bağlı senatorlarla görüşlər keçirir.
Konqresdə isə təşəbbüs ciddi müzakirələr doğurub. Bir qrup qanunverici əlavə xərclərə ehtiyatla yanaşır, digərləri isə vəsaitin əsasən silah ehtiyatlarının bərpasına yönəldilməsini dəstəkləyir.
Müdafiə naziri Pit Heqset isə İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının yüksək xərc tələb etdiyini bildirib.
Bizimyol.info






