Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: "Ford" və "General Motors" "Patriot" və "Tomahawk" raketlərinin istehsalına başlaya bilər
Tramp: "Ford" və "General Motors" "Patriot" və "Tomahawk" raketlərinin istehsalına başlaya bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika şirkətləri "Ford" və "General Motors", eləcə də digər avtomobil istehsalçıları yaxın vaxtlarda ölkənin silahlı qüvvələrinin arsenalını artırmaq üçün silah istehsalına başlaya bilərlər. Söhbət “Patriot” zenit-raket kompleksləri üçün raketlər və “Tomahawk” qanadlı raketlərinin istehsalından gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Tramp təsdiqləyib ki, iyunun 24-də ABŞ-ın ən böyük silah istehsalçıları ilə görüş keçirməyi planlaşdırır. “Biz ölkə üzrə çoxlu zavodlar tikirik. Onlar "General Motors" və "Ford" ilə danışıqlar aparırlar. Amma bilirəm ki, "General Motors" hazırda silah istehsalı ideyasından çox məmnundur. Onların yenidən profilləşdiriləcək bir neçə zavodu var. Biz silah istehsal edəcəyik, o cümlədən "Patriot", "Tomahawk" və daha çoxunu”, – deyə Tramp bildirib.

O əlavə edib ki, bəzi avtomobil şirkətləri artıq mövcud istehsal gücünü nəzərə alaraq raket istehsalı üzrə müqavilələr bağlaya bilərlər: “Xüsusilə "Patriot" raketləri üzrə belə imkanlar var. Bizdə onlardan kifayət qədər var, amma biz istəyirik ki, hər zaman daha çox ehtiyatımız olsun”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »