“Türk Dövlətləri Təşkilatının daha da inkişafı və gücləndirilməsi üçün bəzi addımlar atıla bilər”… Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Qazaxıstanın Türküstan şəhərində liderlər zirvəsi keçiriləcək və sammitdə o da işitrak etməyi düşünür.
"Türkiyə Cümhuriyyətləri orda bir araya gəlsələr, bu və ya buna bənzər məsələlərin müzakirəsi məqsədəuyğun olardı. Bunlara toxunmağın əlbəttə ki, faydaları var. Demokratiya və Azadlıqlar adasında Türk Dövlətləri Təşkilatının addımını atdıq. Bunu özümüz inkişaf etdirməliyik. Bu addımı atıb oraya vergül qoymağımız düzgün deyil. Bu andan etibarən Türk Dövlətləri Təşkilatında inkişaf prosesləri olacaq”- deyə prezident bildirib.
Rəcəb Tayyib Ərdoğan Yunanıstan Türkiyə münasibətlərindən də danışıb.
"Bizim seçkidən sonra Mitsotakis zəng edib təbrik etdi. Belə bir proses oldu. Ona görə də Vilnüsdə görüş olarsa, görüşməkdən çəkinməyəcəyik. Biz iki qonşu ölkəyik. Nə qədər ki, geri qaytarılan mesaj yoxdur və zaman-zaman irəliləyirik, düşmənçilikləri artırmaq istəmirik. Bu səbəbdən də onunla da orada bunları danışacağıq. Nə deyəcəyimizi bilirik. Deyəcəklərimiz nədir? Deyəcəyik ki, cənab Baş nazir, bu silahlanmanı dayandırın. Bu silahlanma ilə nə əldə etmək istəyirsiniz? Amerika sizə davamlı olaraq çoxlu silahlar verir. Pulsuz olduğu üçün alırsınız, yoxsa pul istəmədiyi üçün belə alırsınız? Yəqin ki, bu haqda danışacağıq. Onu da bilin ki, biz düşmənlərimizi artırmaq üçün yox, azaltmaq üçün varıq. Bu Türkiyədir, bu Ərdoğandır”- deyə dövlət başçısı bildirib.
İlahin, Bizimyol.info






