"Mərasimdə biz ancaq baş nazir Paşinyanla görüşə bildik. Onun bu dəvətə verdiyi cavaba görə minnətdarlığımızı bildirdik. Bu görüşdə dəvətimizi qəbul etdiyinə görə ona minnətdarlığımızı bildirdik. Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyü önəmli idi. Əlbəttə ki, onların bunu tanıması mühüm hadisədir. Amma Ermənistanda da Paşinyana qarşı olan münasibət də çox önəmlidir. Paşinyan geri heç bir addım atmayıb".
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın andiçmə mərasimində iştirakı, Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri və Zəngəzur dəhlizinin açılması mərhələsi ilə bağlı suala cavabında bildirib.
Zəngəzur dəhlizi haqda Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu problem Ermənistanla olan problem deyil. İranla bağlı bir problemdir.
“Mən əhalisinin əksəriyyəti müsəlman olan iki ölkəni nəzərdə tuturam. İranın buradakı davranışı həm Azərbaycanı, həm də bizi üzür. Burada hər vaqon üçün alınan haqq təəssüf ki, çox yüksəkdir. Ümid edirəm ki, biz bu problemi qısa zamanda aradan qaldıracağıq. Əgər buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu, həm də dəmir yolu ilə bir-biri ilə inteqrasiya olunacaq və bəlkə də Pekin-London xətti açılacaq”-deyə Türkiyə prezidenti əlavə edib.
CHP sədri Kamal Kılıçdaroğlunun seçki prosesində Azərbaycanı xaric edən dəhliz təklifi irəli sürməsi ilə bağlı qiymətləndirməsi ilə bağlı suala Ərdoğan belə cavab verib: "Kılıçdaroğlu nə dəmir yolu, nə də magistral yolu başa düşmür. Bilirsiniz ki, biz Çin ilə İpək yolu haqqında illər əvvəl danışmışıq. Çində "İpək Yolu" layihəsi var. Mən də o dəvəti qəbul etdim və hələ də davam edir. O da bunu hardansa eşidib. Yəqin ki, “belə desəm buradan səs ala bilərəm” deyə düşünürdü. Nə olduğu isə ortadadır”-deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.
İlahin, Bizimyol.info






