“Azərbaycan və Türkiyənin dövlət başçıları arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri xalqılarımız arasındakı bağlarını daha da möhkəmləndirib. Ölkələrimiz arası münasibətlər böyük tarixi sınaqlardan çıxmış və özünü sözün əsl mənasında doğrultmuşdur. Amma bu gün Türkiyə ilə Azərbaycan heç vaxt olmadığı qədər bir-birinə yaxındır. Ölkələrarası münasibətlər dahi liderlərin müdrik kəlamları üzərində inkişaf edir. Torpaqlarda 30 il erməni işğalından əziyyət çəkən Azərbaycan, qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi sayəsində işğala son qoydu. Torpaqları işğaldan azad etmək heç də bütün məsələlərin həlli demək deyildi. Ermənistana havadar dayananlar düşməni yenidən revanşizmə hazırlayaraq, fürsət axtarışında idilər. Amma iki il əvvəl Şuşada imzalanmış müttəfiqlik haqqında Bəyannamə bütün düşmənlərimizə verilmiş yetərli cavab oldu”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. O, qeyd edib ki, Türkiyə müharibənin başa çatdığı 2,5 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasında Türkiyə Azərbaycanın yanında olub. Bu dövrdə işğaldan azad olunmnuş ərazilərə yenidən həyat verilib, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması başlanılıb.
Azər BadamovDeputat vurğulayıb ki, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Belə ki, Türkiyədə əsrin ən güclü faciəsi olan zəlzələ baş verəndə Azərbaycan ilk növbədə Türk xalqının yanında olmuşdu. Yardımlarımız həm dövlət, həm də sadə vətəndaşları səfərbər etməklə xalqımız sarsılmaz qardaşlığı nümayiş etdirmişdi.
“Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilməli olan TDT-nın dövlət başçılarının fövqəladə Zirvə görüşünün Ankarada keçirilməsi və yardım Fondunun yaradılması, o cümlədən 1000 evlik yaşayış məntəqəsinin tikintisini həyata keçirmək təşəbbüsümüz zəlzələdən əziyyət çəkən türk qardaşlarının yanında olmağımızın əsil qardaşlıq nümayişidir”-deyən deputat bildirib ki, Türkiyədə keçirilən seçkilərdə də hakimiyyəti dəyişmək və dövlləti zəiflətmək istəyən qüvvələr hərəkət keçmişdi. Azərbaycan xalqı seçkilərdə də türk xalqının yanında olub, Türkiyənin qazandığı uğurların davam etdirilməsinə və siyasi və öz mənəvi dəstəyini nümayiş etdirmişdi.
“Seçkilərdə qazanılan uğurlu nəticələrə görə də, Türkiyəni ilk təbrik edən və sevinci bölüşən məhz Azərbaycan olmuşdu. Prezident seçkilərindən sonra Türkiyənin dövlət başçısının ilk xarici səfərini Azərbaycana etməsi böyük siyasi əhəmiyyət daşıyır. Dövlət başçılarımızn seçkilərdən sonra qarşılıqlı səfərlər etməsi ənənə halı almışdır. Bu, bir-birimizə çox yaxın olduğumuzun göstəricisi və düşmənlərə mesajdır. Azərbaycan və Türkiyə bir-birindən ayrılmaz bir can, bir ürək, bir ruhdur”-deyə deputat vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






