Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ərdoğanın ilk səfərlərini Kipr və Azərbaycana etməsi bütün dünyaya mesajdır"
"Ərdoğanın ilk səfərlərini Kipr və Azərbaycana etməsi bütün dünyaya mesajdır"

Türkiyədə seçkilərdə yenidən qələbə qazanan prezident Rəcəb Tayyib Ərdoğan seçki qələbəsindən sonra ənənəvi olaraq Şimali Kipr Türk Respublikasına və daha sonra Azərbaycana səfər edib. Bu, demək olar ki, ənənə halını alıb, Ərdoğanın bu ənənəvi səfəri bütün dünyaya bir mesajdır.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ərdoğanın Azərbaycana səfəri tarixi bir dövrə təsadüf edir. Onun sözlərinə görə, Cənab Ərdoğanın prezident seçildikdən sonra ilk xarici səfərlərini Şimali Kipr Türk Cumhuriyəti və Azərbaycana həyata keçirməsi bütün dünyaya verilən bir mesajdır. Bununla dostlarımıza Azərbaycan Türkiyə birliyinə və vəhdətinə bundan sonra da daha yüksələn xətlə inkişaf edəcəyi mesajı veririk.

Eyni zamanda bizi istəməyən düşmənlərə də Cənab Ərdoğan mesaj verir ki, hər bir dövrdə Türkiyə Azərbaycanın yanında yer almağa davam edəcək”- deyə politoloq bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan Türkiyə əlaqələri o qədər möhtəşəm və yüksək səviyyədədir.

Bu münasibətləri başqa hansısa ölkələrin münasibətləri ilə qarışdırmaq olmaz. Azərbaycan və Türkiyənin qarşısında bir çox sahələr üzrə perespektiv əlaqələr məsələsi hələ qarşıda dayanır.

Tural İsmayılov Tural İsmayılov

Politoloqun fikrincə, ölkələrin hərbi modellərinin bir-birinə inteqrasiya edilməsi yolunda addımlar atılacaq.

“Eyni zamanda müdafiə sənayesi məhsulları və digər sahələrdə də əlaqələrin daha da dərinləşdirilməsi bu gün əsas müzakirə mövzularından biridir”- deyə Tural İsmayılov əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »