Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Heç bir ölkədə bu sevgi-hörmət münasibətinə rast gəlməzsiniz"
"Heç bir ölkədə bu sevgi-hörmət münasibətinə rast gəlməzsiniz"

“Məlum olduğu kimi, Türkiyədə seçkilərdən sonra vəzifəyə başlayan hökumətlərin ilk səfərləri ŞKTC və Azərbaycanadır. Bu səfərlər siyasi və strateji əməkdaşlığın göstəriciləridir və regionda baş verən hadisələrə ölkələrin mesajlarıdır. Buna tam cavab olaraq Yunanıstan və Kipr münasibətləri, Rusiya ilə Ermənistan arasında münasibətlər var.

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün bildirib ki, bu ölkələr tez-tez bir-birinə səfər edir və bir çox ortaq iqtisadi, sosial və hərbi layihələrə imza atırlar. Başqa sözlə, bu münasibətlərə əsaslanan regional tarazlıqlar üzərində qurulmuşdur.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

Düzgünün fikrincə, bölgədəki xüsusiyyətlər Azərbaycan-Türkiyə münasibətləri, şübhəsiz ki, digərlərindən fərqlənir, çünki bu, təkcə strateji deyil, qardaşlıq münasibətləridir. O qədər fərqlidir ki, sarsılmaz birliyə çevrilib.

“Türkiyədə xalqdan dövlətə kimdən soruşsan, deyərlər ki, Azərbaycanın ayağına dəyən daş onların ürəyinə dəyir, Azərbaycanda da belədir. Unutmayın bunu, əsla!”-deyən Düzgün bildirib ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İstanbulda keçirilən “TEKNOFEST” aviasiya və texnologiya festivalında da iştirak ediblər.

“Azərbaycan Prezidentində müraciətində deyirdi ki, "Bu il üçüncü dəfədir qardaş ölkəyə səfər edirəm. Fevralda idim, martda idim, bu gün buradayam. Əziz qardaşım, növbə sənindir. Səni gözləyirik, bütün Azərbaycan xalqı gözləyir. Səni öpürlər, qucaqlayırlar, hörmət və sevgilərini çatdırırlar. Türkiyə və Azərbaycanın birliyi əbədidir. Yəni deyir ki, iki qonşu ailə kimi gəlmişəm əziz ailəyə, növbə sənindir, gəlməsən inciyərəm, üzülürəm... Heç bir ölkədə bu sevgi-hörmət münasibətinə rast gəlməzsiniz”- deyən Səlcuq Düzgün bildirib. O, qeyd edib ki, bu iki ölkənin bu sarsılmaz qardaşlıq üzərində qurulan strateji əməkdaşlığının nəticəsidir ki, ilk səfər Azərbaycana edilir.

“Ümid edirəm ki, bu ənənə bundan sonra da inkişaf edəcək”-deyə Səlcuq Düzgün əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »